Azərbaycan İdeyası

Ermənilərin qorxulu yuxusu olan qazimiz ad gününü qeyd edib

Tarix:1-08-2023, 16:31
Baxış Sayı:260

Ermənilərin qorxulu yuxusu olan qazimiz ad gününü qeyd edib
Ermənilərin başına 3 milyon dollar pul qoyduqları, əfsanəvi kəşfiyyatçı, ordumuzda olan xəyanətlərdən danışmaqdan çəkinməyən qazi Elnur Fərzəliyevin ad günü qeyd olunub. Vətənin igid oğlunu təbrik etməyə döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, jurnalistlər toplaşıblar. Elnuru həmin gün xarici ölkələrdə yaşayan dostları da zəng vuraraq təbrik ediblər.
Elnur Fərzəliyev deyir ki, qohumlarından 20 nəfərə yaxın şəhid olub. Atası Birinci Qarabağ müharibəsi əlilidir. Dayısı Mehrac Mahmudov Tərtərin igid oğullarından biridir. Dayısının qisasını almaq üçün düşmən postuna girəndə əlbəyaxa olduğu düşmən əsgərini faktiki olaraq iki yerə bölüb. Bu hadisə birmənalı qarşlanmayıb və bəziləri tərəfindən guya xüsusi amansızlıq, qəddarlıq kimi qiymətləndirilib. Amma Ali Baş Komandanımızın çıxışında dediyi: ““Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!” sözləri hər şeyə aydınlıq gətirib və bilavasitə Elnurun haqlı olduğunu təsdiqləyib. Elnur öldürdüyü erməni əsgərinə Kərəm Sloyana (Vikipediyada etnik olaraq yezidi kürdü kimi təqdim olunub) Ermənistanda heykəl qoyulduğunu, eyni zamanda məhv etdiyi düşmənin də fiziki cəhətdən çox güclü olduğunu etiraf etmişdir.
Qazinin şad günündə fəal iştirak edən “Vətənpərvərlər” Maarifləndirmə İctimai Birliyinin üzvləri və “Korrupsiya və Qanun” qəzetinin əməkdaşları günün qəhrəmanının barəsində yüksək fikirlər söyləyiblər. Ona uzun ömür, möhkəm can sağlığı arzulayıblar.
Şəhla Hüseynova, “Vətənpərvərlər” Maarifləndirmə İctimai Birliyi Respublika üzrə Qadınlar Şurasının sədri

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı