Azərbaycan İdeyası

Plastik butulkalarda su həqiqətən ziyanlıdırmı?

Tarix:15-08-2016, 12:19
Baxış Sayı:356

Plastik butulkalarda su həqiqətən ziyanlıdırmı?
Son zamanlar plastik butulkalarda satılan suyun ziyanı haqqında məlumatları tez-tez oxumaq və ya eşitmək olur. Bu nə dərəcədə həqiqətə uyğundur?
"Komsomolskaya pravda" qəzetinə verilən müsahibədə rus həkim-toksikoloq Vladimir Mironov bu haqda çox maraqlı faktlar gətirir.
Onun sözlərinə görə, plastik butulkaların düzgün seçimi və onlardan düzgün istifadə bu növ butulkaları sağlamlığımız üçün ziyansız edir.
Həkim-toksikoloqun bəzi məsləhətlərini sizə təqdim edirik:
- Yalnız PET (polietilentereflatat) butulkalarda satılan su alın. Bu materialdan hazırlanmış butulkalar hal hazırda ən ziyansız sayılır. Butulkanın etiketində və ya dibində PET sözü axtarın.
- Butulkanı açdıqdan sonra suyu mümkün qədər tez için. Bunun üçün kiçik həcmli butulkalara (yarım litrə qədər) üstünlük verin. Açıq plastik butulkada axşamdan qalan suyu növbəti gün içməyin. Böyük plastik butulkalarda su aldıqda suyu digər daha təhlükəsiz qablara (şüşə və s.) boşaldın.
- Butulkaları günün altında və ya qazın yanında saxlamayın. Butulkanın isinməsi nəticəsində suya ziyanlı maddələr buraxılır.
- Plastik butulkaları təkrar istifadə etməyin. Bu ən vacib qaydalardan biridir! Bu halda plastik butulka həqiqətən sağlamlığa ziyan vura bilər.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı