Azərbaycan İdeyası

Bakıda əməliyyatı sərxoş halda edib xəstəsi ölən cərrah - FOTO

Tarix:24-08-2016, 10:51
Baxış Sayı:410

Bakıda əməliyyatı sərxoş halda edib xəstəsi ölən cərrah - FOTO
Bakı Sağlamlıq Mərkəzində misli görünməmiş həkim məsuliyyətsizliyi ucbatından xəstə dünyasını dəyişməsi barədə xəbər vermişdik. Criminal.az saytı bildirir ki, mərhumun qızı İrina Zotova atasının başına gətirilən müsibətdən yazıb. O, atasının mərkəzin baş həkimi, cərah Elçin Əzizov tərəfindən sərxoş vəziyyətdə əməliyyat etməsi mətbuatda böyük əks-səda yaradıb.

Criminal.az saytı həmin cərrahın fotolarını əldə edib. Həmin fotolarla yanaşı səhiyyə sistemini sirkələyən hadisəni ifşa edən şikayətçi İrina Zotovanın qeydlərini də olduğu kimi təqdim edirik:
Bakıda əməliyyatı sərxoş halda edib xəstəsi ölən cərrah - FOTO
"Atamı müayinə edən həkim ona diaqnoz qoymaqda çətinlik çəkdi. Saat 14.50-də xəstəxanaya çatdırılmasına baxmayaraq, bu saatda ona diaqnoz qoyacaq bir həkim tapılmadı. Xəstəxanada kompüter tomoqrafiyasını, rentgeni, UZİ-ni edə biləcək mütəxəssislər işdə yox idi. Buna görə də sözügedən proseslərin həyata keçirilməsi sabaha ertələndi. Bu, hələ ən dəhşətlisi deyil. Atamı əməliyyat etmək üçün çağırılan cərrah xəstəxanaya sərxoş vəziyyətdə gəldi. Özü də yüngül yox, əməlli-başlı sərxoş! O, ilk cəhdlə öz kreslosuna əyləşə bilmədi, bizimlə danışarkən çəkdiyi siqareti belə ilk dəfədən ağzına qoya bilmirdi. O, hətta öz baxışlarını üzərimizdə cəmləməyi bacarmırdı. Cərrahın nə vəziyyətdə olduğunu görən bacım onun toydan gəlib-gəlmədiyini soruşanda həkim belə cavab verdi: "Bu gün cümə günüdür. Bu, mənim haqqımdır!"

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı