Azərbaycan İdeyası

Xərçəng riskini azaltmağın yolları açıqlandı: Rusiyalı akademikdən mühüm tövsiyələr

Tarix:25-07-2026, 12:30
Baxış Sayı:5

Xərçəng riskini azaltmağın yolları açıqlandı: Rusiyalı akademikdən mühüm tövsiyələr
"Sağlam həyat tərzi prinsiplərinə riayət etmək, zərərli vərdişlərdən uzaq durmaq, mütəmadi fiziki aktivliklə məşğul olmaq və profilaktik müayinələrdən keçmək onkoloji xəstəliklərin yaranma riskini əhəmiyyətli dərəcədə azalda bilər".

Bunu "RİA Novosti"yə müsahibəsində Rusiyanın Səhiyyə Nazirliyinin baş onkoloqu, akademik Andrey Kaprin deyib.

Mütəxəssisin sözlərinə görə, xərçəngin yaranma riskini tamamilə aradan qaldırmaq mümkün olmasa da, kompleks profilaktik tədbirlər bu ehtimalı əhəmiyyətli dərəcədə azaltmağa kömək edir.

Bu tədbirlərə bədən çəkisini normal səviyyədə saxlamaq, müntəzəm idmanla məşğul olmaq, siqaret və digər zərərli vərdişlərdən imtina etmək, eləcə də vaxtaşırı tibbi müayinələrdən keçmək daxildir.

Akademik bildirib ki, onkoloji xəstəliklərin erkən aşkarlanması üçün 18-39 yaş arası şəxslər üç ildə bir dəfə, 40 yaşdan yuxarı şəxslər isə hər il profilaktik müayinədən keçməlidirlər.

"Ən əsası odur ki, simptomların yaranmasını gözləməyəsiniz. Bir çox bədxassəli şiş ilkin mərhələdə heç bir əlamət vermir. Məhz buna görə də mütəmadi profilaktik müayinələr xəstəliyin müalicəyə ən yaxşı cavab verdiyi dövrdə aşkarlanmasına imkan yaradır", - deyə həkim bildirib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı