Azərbaycan İdeyası

Hər gün yediyimiz bu qidalar xərçəngi yaradır – Araşdırma (Video)

Tarix:14-07-2020, 13:04
Baxış Sayı:137

Təndir tüstüsü və kəskin duzlu qidalar xərçəng riskini artırır.
Korrupsiya-q.az xəbər verir ki, bunu SBÜ Van Təhsil və Araşdırma Xəstəxanasının baş həkimi Sabahaddin Çelik deyib.
Professorun sözlərinə görə, xəstəxanada son dövrlərdə aparılan araşdırmalar nəticəsində məlum olub ki, təndirdən çıxan tüstü və kəskin duzlu qidalar qida borusu və mədədə xərçəngin yaranma riskini artırır. Buna görə də təndir çörəyi belə mədə və qida borusu xərçənginin risk faktorları arasında yer alır. Professor qeyd edir ki, bu tip xərçəng növünə qadınlarda iki dəfə çox rast gəlinir: “Dünya miqyasında daha çox ağ ciyər, prostat və döş xərçəngi genişmiqyaslı yayılmasına görə ilk sıradadır. Lakin bizim bölgəmizdə mədə və qida borusu xərçəngi daha çox yayılıb. Bu da insanların düzgün qidalanmamasından irəli gəlir.
Sabahaddin Çelik nəzərə çatdırıb ki, bu tip xərçənglərdən qorunmaq üçün qidalanma vərdişlərinə diqqət yetirmək lazımdır: “Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, xərçəng xəstəliklərinin 70%-nin qarşısı alına bilər. Buna görə də insanların həyat
tərzləri və qida rasionuna diqqət yetirməsi vacibdir”

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı