Azərbaycan İdeyası

Bakıda 4 yaşında uşaq üzərində ağır ürək əməliyyatı aparıldı

Tarix:1-07-2019, 11:54
Baxış Sayı:155



Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ürəyində 5 ədəd qüsuru olan 4 yaşında uşaq üzərində ağır ürək əməliyyatı həyata keçirilib.

Əməliyyatı icra edən ATU-nun kordioloqu Ramal Hüseynovun sözlərinə görə, Fallo pentadası 5 ayrı ürək anomaliyasının birlikdə rast gəlinməsi ilə meydana çıxan mürəkkəb anadangəlmə ürək qüsurudur. Bu ürək qüsuru uşaqlarda tez yorulma, təngnəfəslik və göyərmə ilə özünü göstərir. Bu xəstəlikdən əziyyət çəkən uşaqlarda çox vaxt qəfildən ciddi göyərmə tutmaları olur. Belə tutmalar əsasən huş itirmə, bəzən isə ölümlə nəticələnə bilir. Bu təzahürlər sağ mədəcikdən ağciyərlərə çirkli qanı daşıyan damardakı darlığın dərəcəsindən asılıdır.
Kardioloq R. Hüseynovun bildirdiyinə görə, Fallo pentadasının birdəfəlik tam müalicəsi Total korreksiya əməliyyatıdır: “Bu əməliyyatı ağciyər arteriyaları kifayət qədər yaxşı inkişaf etmiş xəstələrdə ilk və tək əməliyyat olaraq icra edirik. Bizim xəstəmiz 4 yaşında 14 kq çəkidə olan oğlan uşagıdır. O, 15-20 metr yol gedərkən belə yorulurdu. Normal vəziyyətdə uşaqda göyərmə qeyd edilirdi. Oksigen saturasiyası 72 % idi. Ağciyər damarları kifayət qədər yaxşı inkişaf etməmişdi (Mc-Goon indeksi=1.59). Uşağı əməliyyata aldıq. Mədəciklər arasındakı dəliyi aorta damarı yalnız sol mədəcikdən qan alacaq şəkildə bağladıq. Sağ mədəcik çıxış yolundakı darlığı ağciyər arteriyası və şaxələri ilə birlikdə pulmonar qapağı təmir edərək, genişləndirdik. Qulaqcıqarası çəpər defektini bağladıq. Əməliyyatdan sonra qan dövranı normal hala gəldi və göyərmə aradan qalxdı. Oksigen saturasiyası 100%-ə qalxdı".(modern)

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı