Azərbaycan İdeyası

Yalan məlumat yayan saytların adları -Açıqlanacaq

Tarix:19-11-2015, 12:53
Baxış Sayı:444

Yalan məlumat yayan saytların adları -Açıqlanacaq




“Yalan və böhtan xarakterli məlumat yayan internet KİV-lərin adı cəmiyyətə açıqlanacaq. Həmin hallarla bağlı qanunvericilik çərçivəsində ölçü götürüləcək”.
"Korrupsiya və Qanun" saytı AzVision.az-a istinadən xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
MŞ sədri bildirib ki, son günlər mətbuatda dərc olunan yalan və böhtan xarakterli məlumatlarla bağlı iclas keçiriləcək.
“Mətbuat Şurasının həmin hadisələrlə bağlı missiyası monitorinq aparmaq və nöqsana yol verən jurnalistlərə tövsiyə verməkdir. Mətbuat Şurasının İdarət Heyətinin üzvləri ilə məsəhətləşmə aparırırq. Yaxın günlərdə bununla bağlı tədbir keçiriləcək və orada bu məsələləri müzakirə edəcəyik”.
Ə.Amamşov qeyd edib ki, jurnalistlər peşə davranış qaydalarının prinsiplərinə və “KİV haqqında” qanuna əməl etməlidirlər. Onun sözlərinə görə, hər hansı bir şəxs haqqında haradansa eşidilən şaiyələri yaymaq, ölkə ictimaiyyətini çaşdırmaq kimi əməllər yolverilməzdir:
“Jurnalistika baş vermiş hadisələri cəmiyyətə çatdıran əsas vasitədir, amma qanunvericilik daxilində fəaliyyət göstərmək lazımdır. Heç bir əsası olmadan, kimsə kiminsə qohumudur, haradasa işləyib və s. kimi düzgün olmayan məlumatlar yazılır. Jurnalistlər insanların şərəf və ləyaqəti ilə bağlı məsələlərdə daha diqqətli olmalıdırlar. Jurnalistika IV hakimiyyət missiyasını layiqincə yerinə yetirməlidir. Təəssüf ki, bir sıra xəbər portalları var ki, onlarla bağlı Mətbuat Şurasına şikayətlər daxil olur. Çox təəssüf ki, bir sıra tanınmış saytlar var ki, mənbə kimi onlara istinad olunur”.
Qeyd edək ki, son günlər bir çox xəbər saytlarında nazirlərin işdən çıxarlması, dövlət məmurların həbsi ilə bağlı təzadlı və təsdiq olunmamış xəbərlər tirajlanır. Oxucular arasında çaşqınlıq yaradan xəbərlərlə bağlı Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov KİV-lərə xəbərdarlıq edib.
PA rəsmisi təəssüflə bildirib ki, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən son zamanlar sui-istifadə halları artıb.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı