Azərbaycan İdeyası

Türkiyədə azərbaycanlı qadın terrorçuluqda ittiham olunur

Tarix:23-11-2015, 10:57
Baxış Sayı:364

 Türkiyədə azərbaycanlı qadın terrorçuluqda ittiham olunur

Sevinc Azərbaycana qayıtmaq istəmir.
29 yaşlı Sevinc İsmayılova əslən Azərbaycandandır. Türkiyəyə 8 il əvvəl gəlib. Türk vətəndaşlığını aldıqdan sonra Sevinc Atakay soyadını alıb.
"Korrupsiya və Qanun" saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Başiskelədə yaşayan Sevinc Atakay iki uşaq anasıdır.
Hal-hazırda ərindən ayrılmaq ərəfəsindədir, eyni zamanda ailə üzvləri ilə problemləri var. Ona qarşı cinayət işi açılıb.
O, xalasını təhqir etməkdə ittiham olunur. Məhkəmənin qərarı ilə 6 ay 7 gün həbs cəzası alıb. Bu qərarla bərabər Türkiyə Cümhuriyyəti vətəndaşlığından da məhrum edilib. Vətəndaşlıqdan məhrum edilməyə dair rəsmi məlumatı bu günlərdə alıb.
Sevinc Atakay bildirib ki, vətəndaşlıqdan çıxarılması haqqında rəsmi açıqlamada onu terrorla əlaqəsi olmaqda ittiham edirlər.
Bununla əlaqədar Sevinc Atakay bunları söyləyib:
“Mənə təkrarən 2 il yaşama icazəsi verilib. Mən Türkiyə Cümhuriyyəti vətəndaşı olaraq seçkilərdə səsvermə hüququmdan istifadə etmişəm. Əvvəllər məhkum olunmamışam. Ortada heç bir mühüm məsələ yoxdur. Xalamla münaqişəmiz olub. Təhqir ittihamı ilə iddia irəli sürülüb. Bütün məsələ bundan ibarətdir. Mən Türkiyə Cümhuriyyəti vətəndaşı qalmaq istəyirəm”.
Sevinc Atakay məhkəmənin qərarı ilə əlaqədar Anayasa Məhkəməsində apellyasiya işi açacaq. Azərbaycana geri qayıtmaq istəməyən S.Atakay lazım gələrsə Avropa İnsan Haqları Məhkəməsinə qədər gedəcəyini bildirib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı