Azərbaycan İdeyası

Bakıda elektron məhsul mağazaları bağlandı – FOTO

Tarix:21-12-2015, 12:52
Baxış Sayı:464

Bakıda elektron məhsul mağazaları bağlandı – FOTO



“Satış yoxdur”.

Bu gün paytaxt Bakının bir çox iri alış-veriş mərkəzlərində, dükanlarda satış dayanıb. Səbəb manatın üzən məzənnə siyasətinə keçidinin elan olunmasıdır.
"Korrupsiya və Qanun" saytı bildirr ki, Virtualaz.org saytının hazırda paytaxtın iri ticarət mərkəzlərində olan reportyorları xəbər verir ki,iri alış-veriş mərkəzlərinin bağlı qapılarının üstünə “Satış yoxdur. Mağazalar saat 13-dən sonra işləyəcək” məzmunlu elanlar asılıb.
Ticarət mərkəzlərinin əməkdaşları buna dolların bugünkü bahalaşmasının səbəb olduğunu, satışın bir çox malların qiymətlərinin yeni kursa uyğun yenidən müəyyənləşdirilməsi səbəbi ilə dayandırıldığını bildiriblər.
Satışı dayandıran mağaza və şirkətlər arasında “İrshad Telecom”, “Music Gallery”, “Baku Electronics” və digərləri var.
Qeyd edək ki, Mərkəzi Bank bu gün manatın üzənnə məzənnə siyasətini keçidini elan edib. Nəticədə dollar bir gündə 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxıb.
Bəzi dükanlarda isə elektronika malları artıq kəskin bahalaşıb və yeni qiymətə satılır. Məsələn, dükanlardan biri dünənə qədər 400 manata olan "Samsung" markalı telefonu virtualaz.org saytının müxbirinə 485 manata təklif edib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı