Azərbaycan İdeyası

Manat ucuzlaşdı. Evlər bahalaşacaq?

Tarix:21-12-2015, 16:21
Baxış Sayı:387

Manat ucuzlaşdı. Evlər bahalaşacaq?



"Korrupsiuya və Qanun" saytı Day.Az-a istinadən bildirir ki, bunu daşınmaz əmlak bazarı üzrə ekspert Rövşən Talıbzadə deyib.
Onun sözlərinə görə, hazırda bazarda alıcılıq qabiliyyətinin aşağı olması müşahidə edilir.
"Fevraldakı devalvasiyadan sonra qiymətlər necə dəyişmişdisə, gələn il də elə olacaq. Ev və mənzillərin qiyməti ucuzlaşacaq", - R.Talıbzadə söyləyib.
Digər ekspert Araz Əbdülkərimov isə hesab edir ki, əksinə, daşınmaz əmlak bazarında qiymətlər qalxacaq: "İndi elə bir vəziyyətdir ki, nəyisə proqnozlaşdırmaq asan deyil. Lakin Bakıda ev və mənzillərin bahalaşmasını istisna etmirəm. Ərzaq məhsullarının qiyməti dəyişsə bu, mütləq daşınmaz əmlak bazarına da təsir edəcək. Manatla əmanətləri olan vətəndaşlara məsləhət görərdim ki, torpaq, mənzil alsınlar. Manat ucuzlaşır, onu saxlamağa dəyməz. Sabah nə olacağı bilinmir".
"Bu gün onsuz da qiymətlər aşağı düşür. Azərbaycanda üzən məzənnə siyasətinin tətbiq olunması isə mənzil bazarında qısa müddətdə də olsa qiymətlərin stabilləşməsinə səbəb olacaq, amma gələn ilin mart-aprel aylarından isə qiymətlərin düşməsi qaçılmaz olacaq".
Bunu isə oxu.az-a Daşınmaz Əmlak bazarı üzrə mütəxəssis Nüsrət İbrahimov deyib.
N.İbrahimov deyib ki, qiymətlər stabil qalsa da belə, mövcud aktivlik aşağı düşəcək:
"İnsanların gəlirlərində elə bir artım yoxdur, eləcə də bazarda pul kütləsinin artımı da baş vermir. Ona görə də bazarda qiymətlər qalxacaq desək, bu, yanlış olacaq. Ona görə də qiymətlər stabil qalacaq. Amma mövcud aktivlik daha da aşağı düşəcək".
Bazarda bundan sonra tələb və təklif necə formalaşacaq sualına isə mütəxəssis bu cür aydınlıq gətirib:
"Bu gün əmlakını satmaq istəyənlər onu satışdan geri çəkirlər. Alanlar isə gözləmək mövqeyinə keçirlər, çünki onlar bilmir ki, sabah nə baş verəcək? Yəni belə deyək, hadisələrin axarını gözləyirlər", - deyə İbrahimov əlavə edib.
"Bu gün isə hələ ki qeyri-müəyyənlikdir. Ona görə də hələ ki nə satan, nə də alan var. Qərar qəbul etmirlər, gözləyirlər", - deyə o əlavə edib.
Ekspert bir daha vurğulayıb ki, ötən təcrübədə qiymətləri bahalaşdırsalar da, mənzilləri alan olmadığından qiymətləri əvvəlki yerinə qaytardılar:
"Cari ilin fevralında qiymətləri bahalaşdırdılar. Amma alan olmadı. Martda isə qiymətləri əvvəlki yerinə qaytardılar. Azərbaycanda üzən məzənnə siyasətinə keçiddən sonra bahalaşma olmayacaq. Mümkün deyil. Çünki biz artıq ötən devalvasiyada bu mərhələni keçmişik. Bu sahədə artıq təcrübəmiz var".

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı