Azərbaycan İdeyası

25 yaşlı Pərviz niyə yoxa çıxmışdı? - Atası danışdı

Tarix:22-12-2015, 17:13
Baxış Sayı:325

25 yaşlı Pərviz niyə yoxa çıxmışdı? - Atası danışdı



Bir neçə gündür ki, axtarışda olan Bakının Səbail rayonu sakini, 1990-cı il təvəllüdlü Pərviz Natiq oğlu Əlibəyli tapılıb.
Mətbuatda yayılan xəbərlərə görə, Bakıda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarından birinin itkin düşən əməkdaşı Pərviz Əlibəyli ötən evinin qarşısına buraxılıb. Onun üzərində itkin düşən gün 5 min manat pul olduğu deyilirdi.
Günlərdir haqqında müzakirələr aparılan Pərviz Əlibəylinin atası Natiq Əlibəyli oğlunun itkib düşməsi ilə bağlı AzVision.az-a açıqlama verib.
Hazırda oğlunun evdə olduğunu deyən N.Əlibəyli Pərvizin oğurlanmadığını qeyd edib: “Oğlumun vəziyyəti yaxşdır. Hər kəsə salamı var. İndi hər şey yaxşıdır. Allah heç bir valideynə pislik görməyi nəsib etməsin. Deyirdilər ki, guya Pərvizi oğurlayıblar. Oğlumu heç yerə aparmamışdılar. Pərvizi kim oğurlayıb? Oğurlamaq nədir? Bunlar yalandır. Mən milyarder deyiləm ki, oğlumu da oğurlasınlar. Oğlumun ürəyi istəyib, gəzməyə getmişdi. İndi də qayıdıb gəlib”. Qeyd edək ki, bir neçə gün öncə Bakının Səbail rayonu sakini 1990-cı il təvəllüdlü Pərviz Natiq oğlu Əlibəylinin itkin düşməsi ilə bağlı xəbərlər yayılıb. Məlumatlarda kredit təşkilatlarından birinin əməkdaşı Pərviz Əlibəylinin üzərində 5 min manatın olduğu qeyd olunub. Həmçinin ötən gün gəncin tapılması barədə də xəbərlər mətbuat səhifələrində yer alıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı