Azərbaycan İdeyası

Qarşımızda möhtəşəm vəzifələr dayanır` - Əli Əhmədov

Tarix:24-12-2015, 12:56
Baxış Sayı:351

Qarşımızda möhtəşəm vəzifələr dayanır` - Əli Əhmədov




Prezident İlham Əliyevin doğum günü ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən “Yeni hədəflər naminə” adlı konfrans keçirilir.
"Korrupsiya və Qanun" saytı AzVision.az a istinadən xəbər verir ki, konfransda çıxış edən Baş nazirin müavini, YAP-ın İcra katibi Əli Əhmədov Azərbaycanda son illər böyük nailiyyətlərin əldə olunduğunu bildirib.
“Ölkəmizdə son illər müşahidə olunan əzəmətli nailiyyətlər bunu deməyə əsas verir, noyabrın 1-də keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyası qalib gəlib. Bu da Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir. Azərbaycan bundan sonra da inkişaf səviyyəsinə görə artan templə inkişaf edəcək. Azərbaycan yeni bir məmləkət, müasir cəmiyyət kimi formalaşıb, dünya birliyində özünə layiqli yer tuta bilib. Qarşıda yeni inkişafın formalaşması kimi bir mərhələ dayanıb”.
Baş nazirin müavini bildirib ki, 2016-cı ildə Azərbaycanın yeni inkişaf mərhələsinə keçməsi gözlənilir: “İndiyə qədər 10 il ərzində Azərbaycan dünya miqyasında ən sürətli inkişafa nail olan ölkə kimi təqdim edilib. Azərbaycanın simasının dəyişməsi hər birimizdə qürur oyadır. Qarşıda inkişafın yeni mərhələsinin formalaşdırılması vəzifəsi dayanır. Təbii sərvətlərdən istifadə edərək Azərbaycanın inkişafına şərait yaradan imkandan sürətli inkişafın fəlsəfəsi modelinin yaranması mərhələsinə keçməliyik. Bu mənada qarşımızda möhtəşəm vəzifələr dayanır”.
YAP sədr müavini Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı