Azərbaycan İdeyası

Siyavuş Novruzov: “YAP-çıları yoldan çıxarmaq cəhdləri var”

Tarix:25-09-2019, 14:03
Baxış Sayı:88



"Sosial şəbəkələrin imkanlarından düzgün olmayan şəkildə istifadə edirlər. Orada ara qarışdırmağa cəhd edilir. Bu işlərin arxasında bəzi dövlətlər dayanır. Bu insanların maliyyəçiləri sırasında erməni lobbisi xüsusi yer alır".

Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, xaricdəki mühacir azərbaycanlıların bəziləri Azərbaycanda aparılan işlərə - islahatlara, abadlıq-quruculuq işlərinə kölgə salmağa cəhd edirlər: "Onlar yalan məlumatlar yaymaqla məşğuldurlar. Belə olan halda YAP üzvləri aktiv olmalıdırlar. Deyək ki, hansısa paylaşıma şərh yazmırsa belə, məsələn, Heydər Əliyev Mərkəzinin şəklini çəkib paylaşmaqla fayda verə bilər. Göstərsinlər ki, hansı Avropa ölkəsində son 20 ildə Azərbaycandakı qədər işlər görülüb. Azərbaycan və Qazaxıstan istisna olmaqla, post-sovet ölkələrində vəziyyət dəyişməz qalır. Başqa ölkələrin 100 ildə keçə bilmədiyi yolu Azərbaycan qısa müddətdə keçdi. Əgər bir ölkədə ictimai-siyasi sabitlik yoxdursa, orada inkişafdan söhbət gedə bilməz. Azərbaycan sabitlik adasıdır".

S.Novruzov qeyd edib ki, YAP-ın rayon təşkilatlarının sədrləri insanlar arasında təbliğat-təşviqat işini gücləndirməlidirlər: "Düzgün istiqamət vermək, yalan məlumat yayanlarla söhbət aparılmalıdır. Bəzi hallarda YAP üzvlərinin çaşdırılması prosesi həyata keçirilir, onları yoldan çıxarmağa cəhd göstərirlər, yalan fikirlər ortaya atırlar. Bunun qarşısı alınmalıdır".

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib