Azərbaycan İdeyası

Azərbaycanlı uşağın Təbrizdə vəfat etməsindən təəssüflənirik – Səfirlik

Tarix:22-01-2016, 13:24
Baxış Sayı:392

Azərbaycanlı uşağın Təbrizdə vəfat etməsindən təəssüflənirik – Səfirlik




İranın Azərbaycandakı səfirliyi Dadaşzadə Qorqudun Təbrizin "Kudəkan" xəstəxanasında vəfatına görə təəssüflənir.
"Korrupsiya və Qanun" saytının aldığı məlumata görə bu barədə diplomatik missiyanın mətbuat katibi Məhəmmədrza Nəcəfinin AzVision.az-a daxil olan bəyanatında bildirilir.
Mətbuat katibi uşağın meyitinin valideynlərə təhvil verilməməsi ilə bağlı danışaraq bildirib ki, görülən tədbirlər nəticəsində 15 500 manat borcdan 12 300 manatı İranın xeyriyyə cəmiyyəti tərəfindən ödənilib və hazırda yalnız 3200 manat borc qalıb: "Biz yenə də məsələni diqqət mərkəzində saxlayırıq. Azərbaycanın Tehran və Təbriz şəhərlərində yerləşən diplomatik nümayəndəlikləri, eləcə də Azərbaycanın humanitar qurumlarının öz vətəndaşına yardım üçün lazım olan addımı atacağını ümid edirik".
Qeyd edək ki, Azərbaycan vətəndaşı Dadaşzadə Qorqud dünən günorta saatlarında İranın Təbriz şəhərində yeləşən "Kudəkan" xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində dünyasını dəyişib. Xəstəxana ailənin 3 200 manat borcu olması səbəbindən uşağın meyitini ailəsinə təhvil verməkdən imtina edir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı