Azərbaycan İdeyası

Azərbaycanda cəza çəkməkdən azad olunmuş 6 minə yaxın şəxsə birdəfəlik pul müavinəti verilib

Tarix:25-01-2016, 15:51
Baxış Sayı:370

Azərbaycanda cəza çəkməkdən azad olunmuş 6 minə yaxın şəxsə birdəfəlik pul müavinəti verilib


Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri ötən il ərzində penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş, tibbi və sosial yardıma ehtiyac duyan 5 823 nəfər şəxsi birdəfəlik pul müavinəti ilə təmin edib.
Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qanunvericiliyə əsasən, qeyd olunan insanların hər birinə minimum əmək haqqının 4 misli məbləğində (420 manat) birdəfəlik pul müavinəti ödənilib. Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək şəxslərin gələcək məşğulluğuna köməklik göstərilməsi üçün onların peşə hazırlığına cəlb edilməsi işləri aparılır. Ötən il ərzində həmin şəxslərdən 152 nəfəri üçün əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib.
Hazırda nazirliyinin sifarişi ilə Qobustan rayonunda inşa olunan penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi də belə şəxslərin sosial və peşə adaptasiyası, onların sosial mühitə uyğunlaşdırılması və s. istiqamətlərdə tədbirlər həyata keçirəcək. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyasına aid olduqlarından məşğulluq orqanları tərəfindən onların müəssisələrdə ayrılmış kvota üzrə iş yerləri ilə təminatı işləri də görülür.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı