Azərbaycan İdeyası

Növbəti buraxılış imtahanının vaxtı bəlli oldu

Tarix:18-06-2016, 17:39
Baxış Sayı:418

Növbəti buraxılış imtahanının vaxtı bəlli oldu
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 21-də Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Füzuli, Beyləqan, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, Abşeron və Sumqayıtda yerləşən orta ümumtəhsil müəssisələrinin, eləcə də Heydər Əliyev adına Hərbi lisey və C. Naxçıvanski adına Hərbi Liseyin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə ) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, həmin gün ümumilikdə 47260 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 26072, XI sinif üzrə 21188).

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15: 00-da başlayacaq. IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 66 imtahan mərkəzi ayrılıb.

Həmin gün 26072 (Naxçıvanda 1038, Kəngərlidə 223, Babəkdə 633, Ordubadda 439, Sədərəkdə 99, Culfada 404, Şərurda 792, Şahbuzda 158, Ağcabədidə 1813, Ağdamda 672, Zərdabda 601, Bərdədə 2110, Tərtərdə 728, Füzulidə 764, Beyləqanda 1174, Göyçayda 1335, Ucarda 937, Kürdəmirdə 1216, Ağdaşda 1205, Yevlaxda 1317, Ağsuda 743, Abşeronda 3354, Sumqayıtda 4176, Yasamalda 141 ) nəfər IX sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 66 imtahan mərkəzi ayrılıb. Həmin gün 21188 (Naxçıvanda 922, Kəngərlidə 203, Babəkdə 583, Ordubadda 330, Sədərəkdə 72, Culfada 398, Şərurda 674, Şahbuzda 166, Ağcabədidə 1615, Ağdamda 445, Zərdabda 468, Bərdədə 1778, Tərtərdə 617, Füzulidə 729, Beyləqanda 942, Göyçayda 1062, Ucarda 681, Kürdəmirdə 985, Ağdaşda 908, Yevlaxda 1156, Ağsuda 528, Abşeronda 2375, Sumqayıtda 3268, Yasamalda 283) nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens

Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur