Azərbaycan İdeyası

HƏRBİ PROKURORLUQ KORRUPSİYA HÜQUQPOZMALARINI ÖRT-BASDIR EDİR

Tarix:22-07-2016, 14:49
Baxış Sayı:339

HƏRBİ PROKURORLUQ KORRUPSİYA HÜQUQPOZMALARINI ÖRT-BASDIR EDİR
Korrupsiya və qanun qazetinə daxil olan şikayət ərizələri ilə bağlı xəbərlər
Son illərdə hərbi prokurorluq orqanları Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində üzərinə düşən vəzifələri yerinə yetirməklə, orduda nizam-intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin və digər neqativ halların qarşısının alınması, ordu quruculuğuna mənfi təsir edən qanun pozuntularının və nöqsanların, cinayətkarlığı doğuran səbəb və şəraitin aradan qaldırılması istiqamətində məqsədyönlü qabaqlayıcı tədbirlərin görülməsini təmin edib. Orduda nizam-intizamın bərpa edilməsi və cinayətkarlığa qarşı yönəlmiş mübarizə tədbirləri sayəsində əvvəlki dövrlərlə müqayisədə qeydə alınmış cinayətlərin, o cümlədən ağır və xüsusilə ağır cinayətlərin, habelə hərbi cinayətlərin sayı kəskin surətdə azalıb. Cinayətlərin dinamika və strukturunda müsbət dəyişikliklərə nail olunması hərbi prokurorluq orqanları tərəfindən Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qanunların icrasına nəzarət və hərbi qulluqçular tərəfindən qanunazidd hərəkətlərin törədilməsinin qarşısının alınması sahəsində görülmüş çox şaxəli tədbirlərin, eləcə də cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin kəsərliliyinin və istintaq olunan cinayət işlərinə, ibtidai araşdırmaya prosessual rəhbərliyin gücləndirilməsi və işin düzgün təşkili nəticəsində mümkün olub.
Amma həyata keçirdiyimiz araşdırmalar göstərir ki, qeyd edilən istiqamətlərin hər biri üzrə ciddi problemlər qalmaqdadır. Mətbuatda Təhlükəsizlik və Müdafiə Sistemində təmsil olunan sturkturlarda insan haqlarının, onların hüquq və azadlıqlarının pozulması ilə bağlı yüzlərlə məqalə dərc olunmasına baxmayaraq, həmin problemlərin həlli istiqamətində hər hansı rəsmi tədbirlərin görüldüyü bəlli deyil. Bunu təsdiqləyəcək bir hal son zamanlar Milli Təhlükəsizlik Nazirliyi ilə bağlıdır. Bu qurumda təmsil olunan general və polkovniklərin törətdikləri cinayətlər, qanunsuzluqlar barədə mətbuatda dəfələrlə məqalələr dərc olunmasına baxmayaraq onlarla bağlı dövlət qurumlarının, eyni zamanda Hərbi Prokurorluğun fəaliyyəti gözə dəyməyib.
Eyni zamanda media hərbi xidmətə çağırış sistemindəki qanunsuzluqlar, hərbi hissələrdə rüşvət və korrupsiya halları barədə xeyli məqalə dərc etsə də, bu hallara qarşı hər hansı tədbir görüldüyü barədə məlumat yoxdur. Müşahidə olunan vəziyyət ondan ibarətdir ki, Hərbi Prokurorluq orqanları əksər hallarda cinayətləri gizlətməklə məşğul olublar.
2015-ci ildə mediada TMS ilə bağlı dərc olunan məqalələrin monitorinqi göstərir ki, Azərbaycan Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrdə xidmət edən hərbi qulluqçuların hüquq və azadlıqlarının qorunması ilə bağlı ciddi problemlər qalmaqdadır.
Salyan rayonunun Kərimbəyli kəndində qeydiyyatda olan Zəkizadə Arzu Mehdi qızı redaksiyamıza yazdığı ərizədə bildirir ki, həyat yoldaşı hərbçidir. Uşaqları azyaşlı olduğu üçün onun ailəyə daha yaxın yerdə xidmət etməsinə nail olmaq üçün 2010-cu ilin noyabra ayında Lənkəran Rayon Hərbi Prokurorunun baş köməkçisi Vurğun Qəhrəmanlıya müraciət etmişdir. Şikayətçinin yazdıqlarına görə, Qəhrəmanlı ondan həyat yoldaşının daha yaxın əraziyə təyin edilməsinə nail olmaq üçün 4 min ABŞ dolları rüvət istəmiş və iki günə çatdırılmasını tələb etmişdir. Pulu alandan sonra illərdir ki, vədini əməl etməmişdir.
Ərizədən oxuyuruq: "Mən ondan şikayət edəcəyimi dedikdə, o, poçt vasitəsilə 100-150 manat olmaq şərti ilə 1 il ərzində pulun 1000 dollarını ödəyib. Lakin hələ də 3000 dollar borcludur. Aradan 6 il keçməsinə baxmayaraq, nə pulu qaytarıb, nə də işi düzəldib. əfələrlə onunla əlaqə saxlamışam. Onu da qeyd edim ki, Vurğunun 6 əlaqə nömrəsi olub. Bu nömrələrin 3-ü ilə əlaqə saxlamışam (Hansı ki, ərizədə östərilm işdir-"KQ".) Daha sonra isə o, mənlə əlaqəni kəsmək üçün telefonu bağlayıb. İki azyaşlı uşağım var, həyat yolsdaşım Vətən üçün döyüşür, öz vəzifə borcunu yerinə yetirir. Mənə qarşı dələduzluq olub. Həm maddi, həm də mənəvi zərərə uğramışam".
Vət. Zəkizadə redaksiyadan məsələnin ictimailəşdirilməsini,aidiyyəti qurumların diqqətinə çatdırılmasını xahiş etmişdir. Arzu xanımın şikayəti ilə əlaqədar redaksiyanın araşdırmaçı qrupu Lənkəran Hərbi Prokurorluğunda olmuş, V. Qəhrəmanlının işdən çıxdığını öyrənmişdir. Vurğunun atasının adını öyrənmək istədikdə isə, prokurorluq mənsubu qəribədir ki, onun soyadının Qəhrəmanlı deyil, Şükürov olduğunu tada salsa da, atasının adını nədənsə xatırlamamışdır. Bununla da şübhə etməyə əsas vermişdir ki, keçmiş baş köməkçini gizlətmək, məsuliyyətdən yayındırmaq, ya da heç olmasa, ona vaxt qazandırmaq istəyirlər.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun həyata keçirdiyi “Azərbaycanın Təhlükəsizlik və Müdafiə Sektorunda İnsan Haqlarının Monitorinqi” adlı layihə 2015-ci ildə qeyd edilən sektora aid edilən 6 qurumu (Müdafiə Nazirliyi, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti, Hərbi Prokurorluq, keçmiş Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi) əhatə edib. Araşdırma nəticəsində qeyd edilən dövlət qurumlarının fəaliyyətinə bu və digər dərəcədə təsir göstərən indikatorlar (əsgər ölümləri, insan haqları, korrupsiya və rüşvətxorluq, sosial təminat, informasiya siyasəti, hesabatlılıq, şəffaflıq və perspektivlər) nəzərə alınıb.
Hərbi Prokurorluq orqanlarının fəaliyyətində ortaya çıxan korrupsiya faktları ilə bağlı mətbuatda dərc olunan məqalələrin təhlili göstərir ki, bu qurumda korrupsiya faizləri aşağıdakı istiqamətlər üzrə bölünür:
• Büdcə vəsaitlərinin israfı və ya mənimsənilməsi – 30 faiz;
• Hərbi hissələrdə cinayət hallarının ört-basdır edilməsi zamanı həyata keçirilən rüşvət və korrupsiya əməlləri – 50 faiz;
• Kadr təyinatı zamanı ortaya çıxan mənimsəmələr – 10 faiz;
• Digər istiqamətlərdə mənimsəmələr – 10 faiz.

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq