Azərbaycan İdeyası

GÖYTƏPƏ POLİSİ OĞRULAR QARŞISINDA ACİZDİR

Tarix:22-07-2016, 15:37
Baxış Sayı:354

 GÖYTƏPƏ POLİSİ OĞRULAR QARŞISINDA ACİZDİR
Mənzillərdən edilən oğurluqların sayı 37,3 faiz artıb. Bu barədə Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov məlumat verib. Onun sözlərinə görə, bu artım hüquqazidd əməllərin birdən-birə, kəskin şəkildə çoxalmasına deyil, uçot-qeydiyyat intizamında yaranmış əsaslı dönüşə, bunun nəticəsində cinayətlərin uçotdan gizlədilməsinin minimuma enməsinə və qeydiyyatda yaranmış tamlığa dəlalət edən müsbət bir reallıqdır.

Məsələyə münasibətini açıqlayan keçmiş polis rəisi Mahmud Hacıyev vurğulayıb ki, oğurluq hallarının artması ölkənin sosial-iqtisadi vəziyyəti ilə bağlıdır: "Oğurluğu üç anlamda başa düşmək lazımdır. Dövlət əmlakının, bələdiyyə və şəxsi əmlakın oğurluğu olur. Mənzil oğurluğu şəxsi əmlak oğurluğu qismində olan oğurluqlar serialına aiddir. Sovetlər birliyi dönəmində də, müstəqilliyin ilk illərində də, indi də mənzil oğurluğunda həmişə artım olub. Bunun açılması da bir qayda olaraq istər əməliyyatçılar, istərsə də istintaqçılar üçün çətinlik törədib. Çünki bu oğurluq gizli şəraitdə baş verir. Elə cinayət tərkibli əməllər var ki, açıq şəraitdə, elələri də var ki, gizli şəraitdə baş verir. Bu, əvvəlcədən hazırlanmış və gizli şəraitdə, üstəlik bir və ya bir neçə şəxsin iştirakı ilə baş verdiyi üçün onun açılmasında müəyyən çətinliklər törədən amillər olur". Oğurluğun tamah motivi ilə baş vermiş cinayət olduğunu vurğulayan M.Hacıyevin sözlərinə görə, dünyanın məhkəmə psixologiyası, kriminalogiya və kriminalistika ilə məşğul olan alimləri hesab edir ki, harda sosial-iqtisadi durumda ləngimələr var, sosial vəziyyəti aşağı olan ölkələrdə mütləq qaydada tamah motivi ilə baş vermiş cinayətlər artım olur. "Bu aksiomadır. Azərbaycanda mənzil oğurluğunun sayının artması da göstərir ki, hardasa bizdə də sosial-iqtisadi durum o qədər də yüksək deyil". Sabiq polis rəisinin fikrincə, oğurluqların artmasının ikinci səbəbi isə son illər peşəkar əməliyyatçıların, istintaqçıların sayının həddindən artıq az olması ilə bağlıdır. Ona görə də bu cinayətlərin üstünün açılmasında çətinliklər yarandığını söyləyən M.Hacıyev qeyd edib ki, hər hansı cinayət tərkibli əməlin üstü açılmayanda, açılmasında çətinliklər yarananda, onda mütləq qaydada artım baş verir: "Üstəgəl, sosial-iqtisadi durum da ona təsir edir.

Oğurluq cinayətlərinin açılmasında şəhərdə quraşdırılan kameralardan istifadəyə gəlincə isə M.Hacıyev bildirib ki, sözügedən avadanlıqlar ayrı-ayrı evlərə quraşdırılmır: "Onlar müəyyən ofislərə, kombinatlara və sair ictimai yerlərə quraşdırılır. Kamera quraşdırılması böyük maddi vəsait tələb edir. Hamının da buna imkanı çatmır. Bəzi insanlar bağ evlərinə, villalarına kameralar quraşdırır. Hər halda kameraların oğurluqların müəyyən profilaktiki qarşısının alınması yönündə təsiri var. Bakıda hər yüz mənzildən 99-da kamera yoxdur".
Redaksiyamıza müraciət edən Göytəpə şəhər sakini Məmmədova Sevil İmanxan qızı bildirmişdir ki, 2015-ci il dekabrın 7-də işdən evə qayıdarkən mənzilinin darmadağın vəziyyətdə olduğunu görüb və ona məlum olub ki, zinət əşyaları və 300 manat pulu oğurlanıb. Dırhal "102" xidmətinə zəng vurub. Göytəpə Polis Şöbəsindən rəis müavini Əvəz müəllim onun ərizəsini qəbul edib, oğurlanan əşyaların siyahısını alıb, hadisə yerindən çəkilişlər apartdırıb. S. Məmmədovaya söz verilib ki, 1, ya uzağı 2 aya oğurlanan əşyaların tapılıb qaytarılması təmin olunacaq. Lakin hələ ki, polisin axtarışları heç bir fayda verməyib.
Şikayətçi onu da qeyd edir ki, oxşar hadisə ondan 1 ay əvvəl bacısının da başına gəlib, həmin oğurluğun da ütü açılmayıb. Bu isə artıq o deməkdir ki, Göytəpədə oğrular əməlli-başlı əl-ayaq açıblar, polis isə acizdir.
Redaksiya olaraq öyrənməyə çalışacağıq ki, Göytəpədə evləri yarılan şəxslərin şübhələndikləri şəxslər dindiriliblərmi, rayon prokurorluğu tərəfindən həmin cinayət işləri nəzarət qaydasında öyrənilibmi, iş üzrə müstəntiq tərəfindən atılmış addımların mövcud qanunvericiliyə uyğunluğu müəyyən edilibmi.

OXŞAR XƏBƏRLƏR
Lənkəranda bəzi kəndləri su basıb - 20-dən çox sakin təxliyə olunub+VİDEO
Lənkəranda bəzi kəndləri su basıb - 20-dən çox sakin təxliyə olunub+VİDEO
İki yeniyetməni zorladı, onlardan biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT.
İki yeniyetməni zorladı, onlardan biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT.
Azərbaycan Respublikasınin Aile Qadın və Uşağ Problemləri komitəsinə Bahar Xanım Muradovaya Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Aile Qadın və Uşağ Problemləri komitəsinə Bahar Xanım Muradovaya   Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Ədliyyə Naziri Cənab Fərid Əhmədova Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Ədliyyə Naziri Cənab Fərid Əhmədova   Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Xarici İşlər Naziri Cenab Ceyhun Bayramova Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Xarici İşlər Naziri Cenab Ceyhun Bayramova   Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
İran İslam respublikasının Prezidenti Cənab Məsud Pezeskiana Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
İran İslam respublikasının Prezidenti Cənab Məsud Pezeskiana   Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Xarici İşlər Naziri Cenab Ceyhun Bayramova Bakı Şəhəri Sabunçu Rayonu Mastaga Qesebesi Axund Mir Elekber kuc 17/ 40 da yasayan Azer Aga oglu Agayev terefinden 00994775003111 Ərizə

Bakı bazarlarında qaymaq qıtlığı - Ancaq sifarişlə gətirilir
Bakı bazarlarında qaymaq qıtlığı - Ancaq sifarişlə gətirilir