75 yaşlı 
Respublika Veteranlar Təşkilatının ,
 Ağsaqqallar şurasının  və Ziyalılar 
 İttifaqının üzvü , ictinaiyyətçi- xeyriyyətçi
 Həbibzadə Vəfa Həbib oğlu 
tərəfindən redaksiyamıza ünvanlanan şikayət:
“Parabank” ASC özəl təşkilatdır. 25 il əvvəl qanun  əsasında yaradılıb, qanun əsasında 25 ildir ki, öz əmanətçiləri- mükəlləfiyyətçilərilə fəaliyyət göstərir. Azərbaycanda yeganə bankdır ki, “Parabank”   ASC öz mükəlləfiyyətçiləri ilə düzgün münasibət qurmuşdur. 
“Parabank”   ASC – mülkiyyətçinin və onun əmanətçilərinin mülkiyyətçilərinin hüquqlarını AR Konstitusiyasının
Maddə 12.1 İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.
Maddə 13.1 AR-da mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Maddə 13.2 Mülkiyyət – dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
A.R MM-nin :
Maddə 6.1.4 Mülkiyyət toxunulmazdır. 
Maddə 6.1.9 Mülkiyyət hüquqlarının məhkəmə müdafiəsi maddələrinin tələbləri qoruyur.
Bu gün “Parabank”   ASC-nin və onun əmanətçilərinin-mülkiyyətçilərinin qanuni konstitustion hüquqlarının  AR Maliyyə Bazalarına Nəzarət Palatası 21.07.2016-cı il tarixli 16 sayılı iclas Protokolunun “Mümkün zərərlər üzrə adekvat ehtiyyatlar yaratmağına , aktivlərini qanunvericiliklə tələb olunan  qaydada təsnifləndirilməyinə , məcmu kapitalının minumum məbləği tələbinə əməl etmədiyinə, məruz qaldığı itkiləri maliyyə hesablarında düzgün əks etdirmədiyinə , təhrif edilmiş hesabatların təqdim edilməsinə , bütovlükdə cari fəaliyyətini etibarlı və prodensual qaydada idarə etmədiyinə görə “Parabank”   ASC-nin fəaliyyəti dayandırılsın qərarı əsassız , əvvəlcədən planlaşdırılmış, qondarılmış faktlar əsasında qəbul edilərək “Parabank”   ASC-nin və 16000 əmanətçi –mülkiyyətçilərin konstitusion hüquqları pozulmuşdur. 16000 cəmiyyətin orta-aşağı təbəqə əhalisi bədbəxt vəziyyətə qoyulmuşdur. Özəl mülkiyyətçilərin əmanətlərinə  müdaxilə etmək məqsədilə uzun illərdir fikirləşilin “ Sığorta “  kələyi qondarılmışdır. Özəl qurum o vaxt fəaliyyətin dayandırır, o müflisləşsin – bankrot olsun. “Parabank”   ASC müflisləşmədiyi bir halda , 16 000 əmanətçisi – mülkiyyətçisi olan 21.07.2016 –cı ilə kimi normal fəaliyyət göstərən , özəl təşkilatın  fəaliyyəti əsassız- düzəldilməsi mümkün olan səhvlərə görə bağlana bilməz. AR Konstitusiya Məhkəməsi əsassız qəbul olunmuş qərarın qanuniliyin, 16 000 mülkiyyətçinin Konstitusion  hüququnun pozulması faktlarını yoxlamalıdır.
Bəs həqiqət nədir? Niyə 16 000əmanətçinin – mülkiyyətçinin konstitusion hüququ pozulmuşdur?
Çünki azərbaycanda yeganə bankdır ki, öz əmanətçiləri- mülkiyyətçilə ilə müqaviləni 14% , 16.5% , 17% illik ödənişlə müqavilə bağlayır. Bu “Parabank”   ASC –nin fəaliyyətnin dayandırılmasına əsas səbəbdir. Hakimiyyətdəkilərin uzun müddətdə qondardıqları siğorta faizi,  sığorta məbləği “Parabank”   ASC-ni və onun 16 000 əmanətçi – mülkiyyətçilərini soymaq üçün oyunbazlıq üsuludur. “Parabank”   ASC-nin əmanətçiləri – mülkiyyətçiləri “Parabank”   ASC-lə 14% , 16.5%  , 17% müqavilə bağlayıblar.Sığorta oyunabzlar  ilə yox. Ona görə də  “Parabank”   ASC-nin fəaliyyətini dayandıran AR Maliyyə Bazarlarına Nəzarət Palatası öz əmanətçilərilə bağlanmış müqavilə əsasında , mülkiyyətini əllərinə keçirsin.Bu “Parabank”  ASC-nin və onun mülkiyyətçilərinin konstitusion hüquqlarının pozulmasıdır.
Bu gün “Parabank”   ASC-nin başına açılan oyun 1994-cü ildə “ Vahid  Bank “ın başına açılmışdır. Necə:
“ Vahid  Bank “ ASC öz qazetində təkrar- təkrar yazırdı. Hakimiyyətdəkilər imkan versələr Azərbaycanı Küveytə döndərərik. Bu sözə görə Rəsul Quliyevin təklifilə “ Vahid  Bank “ ASC boğduruldu.
Əvvəlcə “ Vahid  Bank “ ASC başçısı cinayətkar edib həps etdilər.Sonra “ Vahid  Bank “ Asc-nin Komputer bazasını yandırdılar.Daha sonra “ Vahid  Bank “ ASC-nin əmanətçilərinə elan etdilər. “ Kim əmanəti geri almq istəyir gəlsin siyahıya yazılıb , əmanətin məbləğin göstərsin. 4 aydan sonra əmanətin almağa gələnlərə dedilər: (“ Vahid  Bank “ ASC-nin binasının qapısına rəsul Quliyevin polisin oturtdular) “ Gedin , bir də bura ayağınız dəyməsin. Yaşamaq istəyirsinizsə “ Vahid  Bank “ ASC-ni yaddan çıxardın. Beləliklə, Rəsul Quliyev “ Vahid  Bank “ ASC-nin  və onun əmanətçilərinin pullarını  mənimsədi. 
Bu faciəni  bu gün “ Parabank” ASC-nin əmanətçilərinin başına sığortaçılar açacaqlar.
Bu gün dövlət başçılarının – Prezidentin, Azərbaycan birinci xanımı M. Əliyevanın , Baş Nazir A. Rasizadənin , milli Məclis sədri O. Əsədovun , AR Konstitusiya Məhkəməsinin “ Parabank” ASC-nin 16 000 əmanətçilərinə- mülkiyyətçilərinə Azərbaycan ın bu ağır günündə yazıqları gəlib “ Parabank “ ASC-nin fəaliyyətini bərpa etmələrin, xahiş edirəm.