Azərbaycan İdeyası

Rasim Əliyevin öldürülməsi ilə bağlı ibtidai istintaq tamamlanıb

Tarix:22-10-2015, 15:36
Baxış Sayı:488

Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi ilə bağlı saxlanılan şəxslərin barələrində olan cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
"Korrupsiya və Qanun" qəzetinin aldığı məlumata istinadən təqsirləndirilən Samir Mustafayevin vəkili Bəxtiyar Hacıyevin APA-ya verdiyi məlumata görə, hazırda vəkillər cinayət işinin materialları ilə tanış olurlar.
Qeyd edək ki, avqustun 8-də Bakı şəhər sakini Əliyev Rasim Məmmədəli oğlu bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada ölüb.
Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
İlkin araşdırmalarla müəyyən edilib ki, 1988-ci ildə Cəbrayıl rayonunda anadan olmuş Cavid Hüseynov avqustun 6-da «Qəbələ» futbol klubunun heyətində Kipr Respublikasının «Apollon» futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi “Facebook” səhifəsində tənqidi fikirlər yazmış Ann.tv-nin videoreportyoru Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib.
Bundan sonra C.Hüseynovun bibisi oğlu 1994-cü ildə Bakı şəhərində anadan olmuş Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə, özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq onunla görüşüb və R.Əliyevi döyərək ağır xəsarət yetiriblər.
İş üzrə C. Hüseynov və digərləri barəsində həbs qətimkan tədbiri seçilib.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Bakıda böyük təmizlik
Bakıda böyük təmizlik
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI