Azərbaycan İdeyası

AZAL prezidenti turizmə zərbə vurur

Tarix:11-08-2016, 11:47
Baxış Sayı:463

AZAL prezidenti turizmə zərbə vurur
Dövlət qoruğunun ərazisində yeni istifadəyə verilən restorana giriş 5 manatdır; qiymətlər ceyran belində...

Şamaxı şəhərində qeyri-adi restoran-istirahət mərkəzi fəaliyyət göstərir. Dəmirçilər kəndində - dövlət qoruğu sayılan Şahdağ Milli Parkının ərazisində yenicə istifadəyə verilmiş "Dəmirçilər" istirahət mərkəzi turizmə zərbə vurmaq üçün ən ideal məkandır. Avtosfer.az-ın məlumatına görə, burada qiymətlər həddindən artıq bahadır – bir şiş kabab 7 manat. Bu azmış kimi, restorana daxil olanlar üçün giriş adambaşına 5 manatdır. Yəni, 6 nəfərlə həmin restorana daxil oldunsa girişə 30 manat pul verməlisən. Bütün bunlarla yanaşı, xidmətin keyfiyyəti bərbad haldadır.

Təsəvvür edin ki, obyektin ərazisinə daxil olub gəzirsən, bir nəfər yaxınlaşıb demir ki, xoş gəlmisiniz, harada əyləşmək istəyirsiz? Əksinə, müştərilər başqa müştərilərdən "bura kim baxır" deyə soruşa-soruşa ofisantı və ya adminstratoru tapa bilirlər.

Qeyd edək ki, sözügedən restoranın "AZAL"ın prezidenti Cahingir Əsgərova aid olduğu bildirilir. Dəmirçilər kəndində bunu hər kəs danışır. Kənd sakinləri bildirir ki, "AZAL" rəhbərinin göstərişi ilə restorana yerli camaatdan ofisant işinə heç kim götürülmür. İşçilərin hamısı Bakıdan gətirilib və onlara aylıq 800 manat maaş verilir.

Bundan əlavə, sakinlərin dediyinə görə, restoran təxminən bir aydır fəaliyyətə başlayıb. İlk günlər giriş 15 manat olub. Lakin müştərilər gəlib bu qiyməti gördükdən sonra restoranı tərk etdiyi üçün qiyməti 10 manata endiriblər. Bu da fayda vermədiyi üçün hazırda bir adam üçün restorana giriş haqqı 5 manatdır. Qoruq ərazisində açılan bu restoran turizmi məhv etmək, insanlarda ikrah hissi yaratmaq üçün super ideyadır.

Criminal.az
AZAL prezidenti turizmə zərbə vurur

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı