Azərbaycan İdeyası

“Şakro Molodoy” sevgilisinin güdazına gedib

Tarix:3-08-2016, 10:13
Baxış Sayı:342

“Şakro Molodoy” sevgilisinin güdazına gedib
Qanuni oğru Zaxari Kalaşovdan “Elements” restoranının sahibəsi Janna Kimlə haqq-hesab çəkməyi sevdiyi qadın xahiş edibmiş. Rusiya KİV-nin yaydığı məlumata görə, bunu dizayner Fatimə Misikovanın tanışı, qanuni oğrunun sevgilisi Yelena adlı qadın istəyib.

Belə ki, həmin restorana məhz Yelena özü sahiblənmək niyyətində olub. Sevimli qadının arzularını gerçəkləşdirməyə çalışması “Şakro Molodoy”u müttəhimlər kürsüsünə çıxarıb. Hüquq-mühafizə orqanlarından bildirilir ki, ötən ilin noyabr ayında əyləncə mərkəzlərinin birində Fatimə Misikova rəfiqəsi Yelenaya Moskvanın Roçdelskaya küçəsində yerləşən “Elements”restoranınında dizayn işlərini tamamladığından danışır. Söhbət əsnasında restoran sahibinin ona bir il öncə layihəni reallaşdırmaq üçün 600 min avro ödədiyini deyir.

Həmçinin, restoran sahibinin “krışa”sının olmadığını, bu barədə dostu Zaxar Kalaşovla danışa biləcəyini və obyekti öz nəzarətinə götürə biləcəyini də məsləhət görür. Məlumata görə, Yelena düz bir ay vətəndaş nikahında yaşadığı “Şakro Molodoy”u dilə tutur və onu cüssəli oğlanları restorana göndərməyə inandırır. Yelena fikirləşirdi ki, restoran sahibi obyekti verməyə razılaşacaq. O isə dizayner rəfiqəsi ilə bu biznesi şərik idarə edəcək. “Şakro Molodoy”un sevgilisinə rədd cavabı verə bilməməsi onu həbsə sürükləyib.

Ötən ilin dekabr ayının 13-də “Elements” restoranının direktoruna zəng gəlir. Zəng vuran şəxs özünü Fatimə Misikovanın vəkili kimi təqdim edir və dizayn üçün əlavə olaraq 8 milyon rubl verməli olduğunu bildirir. Bununla bağlı görüşüb məsələni həll etməyi təklif edir. Ertəsi gün saat təxminən 21 radələrində “Elements” restoranına "hüquqşünaslar" qrupu gəlir. Onlara rəhbərliyi isə “Şakro Molodoy”un briqadasından olan “İtalyan” ləqəbli kriminal avtoritet Andrey Koçyukov edir. Məhz “İtalyan” Janna Kimin kabinetinə girir və restoran sahibinin Fatimə Misikovaya olan 8 milyon rubl borcu verməyi tələb edir.

Əks halda, restoranı onun dostlarının adına keçirməyi məsləhət görür. Belə olan təqdirdə Janna Kim hüquqşünasla məsləhətləşmək istədiyini deyərək, öz vəkili Eduard Budantsevə zəng vurur. Yarım saatdan sonra keçmiş polis əməkdaşı olan Eduard Budantsev güc orqanlarında çalışan üç nəfər - Vladimir Kostriçenko, Pyotr Çerviçenko və Roman Molokayevlə “Elements” restoranına gəlir. “İtalyan” ləqəbli kriminal avtoritetlə vəkil Eduard Budantsev arasında dava baş verir.

Dava zamanı vəkil tapançadan atəş açır. Nəticədə, Andrey Koçuyovun dəstəsindən olan iki nəfər ölür. Atışma zamanı beş nəfər yaralanır. 2015-ci ilin dekabr ayında xuliqanlıqda və odlu silah saxlamaqda təqsirli bilinən Eduard Budantsevin barəsində Moskva şəhəri, Presnenski rayon məhkəməsinin qərarı ilə ev dustaqlı qətimkan tədbiri seçilir. Restorandakı atışmanın təşkilində və dələduzluqda ittiham olunan “İtalyan” ləqəbli kriminal avtoritet isə məhkəmənin qərarı ilə həbsxanaya göndərilir. O, həmçinin, xuliqanlıqda və qanunsuz odlu silah daşımaqda da təqsirləndirilir.

Janna Kimdən pul qoparmaq ittihamı üzrə daha iki nəfər – cinayət axtarış üzrə tədqiqatçı İldar Şakirov və sahə inspektoru Rinat Zinatullin ittiham olunur. Onların “İtalyan”ın "briqada"sında işlədiyi müəyyən edilib. 2016-cı ilin iyulunda “Elements” restoranının sahibəsindən pulun qoparılmasının təşkilində ittiham olunan “Şakro Molodoy” da həbs edilir. Yelena və onun rəfiqəsi, dizayner Fatimə Misikova barəsində isə beynəlxalq axtarış elan olunur.

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq