Azərbaycan İdeyası

Həbsdə olan I qrup əlil Avropa Məhkəməsinə müraciət edəcək

Tarix:11-08-2016, 11:59
Baxış Sayı:458

Həbsdə olan I qrup əlil Avropa Məhkəməsinə müraciət edəcək
İmzası saxtalaşdırılaraq məhkum edilən məhbus Avropa Məhkəməsinə müraciət edəcək. Məhkumluq həyatı yaşayan 1-ci qrup əlil , hüquq müdafiəçisi Rauf Sultanovun Criminal.az-a ünvanladığı müraciətdə bildirilir ki, Konstitutsiya Məhkəməsi onun şikayətini icraata qəbul etməkdən imtina edib. Halbuki Nəsimi rayon və Bakı Apellyasiya Məhkəmələrində iclas zamanı o müdafiəçi ilə təmin edilməyib. Bu xüsusatlar məhkəmə aktlarında əksini tapır

. Konstitutsiya Məhkəməsi planumunun CPM-nin 92.12-ci madəsinin şərhində qeyd edilir ki, ağır xəstəlikdən əzab çəkən şəxslərin müdafiəçidən imtina edib-etməməsindən asılı olmayaraq məcburi şəkildə müdafiəçi ilə təmin olunmalıdır.

Muraciətdə deyilir ki, birinci qrup əlillyini təsdiq edəcək müvafiq sənədləri icraata qəbul edilməyən şikayətinə əlavə etmişdi.

R.Sultanov qeyd edib ki, artıq ölkədə hüquq-müdafiə vasitələrini tükəndirib. Bu yaxınlarda Avropa İnsan Haqları Məhkəməsinə şikayət ünvanlanacaq.

Qeyd edək ki, R.Sultanov Nəsimi sakini Naidə Manafovadan 3500 manat borc alıb. Həmin pulu 6 ay sonra qaytarmalı olan R.Sultanov 15 gün gecikdirib. Borc sahibi isə Nəsimi polisinə üz tutub. Polisdə R.Sultanovun əməlini dələduzluq kimi qiymətləndiriblər. Ona Cinayət Məcəlləsinin 178-ci - dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. İbtidai istintaq zamanı R.Sultanov pulu qaytarıb.

Bildirib ki, xəstəliyi ilə əlaqədar pulun ödənişini gecikdirib. Üstəlik, pulu N.Manafovadan alarkən öz avtomobilini də girov kimi ona təqdim etdiyini müstəntiqin diqqətinə çatdırıb. Qarşı tərəf onun sözlərini təqsdiqləyib. Bu etiraf müstəntiqin 1-ci qrup əlilə dələduzluq ittihamını irəli sürməsinə mane olmayıb. 1-ci qrup əlil özünü ittiham üzrə təqsirli bilmədiyindən ittiham aktına imza atmayıb. İş məhkəməyə göndərilib. Məhkəmədə ittiham aktı elan olunarkən R.Sultanovun ittihamla razı olması məlum olub.

R.Sultanov isə bəyan edib ki, o, ittiham aktı ilə razı deyil. Hakim ittiham aktını R.Sultanova təqdim edərək imzasını tanıyıb-tanımadığını xəbər alıb. R.Sultanov isə ittiham aktındakı imzanın ona məxsus olmadığını bildirib. Belə bir halda məhkəmə xəttşünaslıq ekspertizası təyin olunub. Ekspertiza ittiham aktında təqsirləndirilən Rauf Sultanovun adı qarşısındakı imzanın ona məxsus olmaması haqda rəy verib. Hazırda imzanın saxtalaşdırılması faktı ortadadır. İttiham aktını tərtib edən, onu məhkəməyə göndərən müstəntiqdir.

Qanunla belə bir səlahiyyət digər şəxsə verilmir. Rauf Sultanov da bəyan edib ki, onun imzasını da saxtalaşdıran məhz müstəntiqdir və prokurorluğa üz tutub. Nəsimi Rayon Prokurorluğunun müstəntiqi Anar Abıyev imza saxtakarlığına yol vermiş Nəsimi PRİ-nin müstəntiqi Vüqar Məcidov barəsində cinayət işinin başlanmasını rədd edib. R.Sultanov prokurorluğun qərarından məhkəmə nəzarəti qaydasında Nəsimi Məhkəməsinə müraciət edib.

Hakim Elman İsayev prokurorluğun qərarını haqlı hesab edib və ərizəni təmin etməyib. Həmin qərardan R.Sultanov narazı qalıb və BAM-a müraciət edib. Hakim Camal Ramazanov keçirilən prosesdə Nəsimi Məhkəməsinin qərarını qüvvəsində saxlayıb. Bundan sonra R.Sultanov həmin qərardan Konstitusiya Məhkəməsinə şikayət verib. Məlumat üçün R.Sultanov barəsindəki cinayət işi hazırda Ali Məhkəmənin icraatındadır.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens

Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur