Azərbaycan İdeyası

Sumqayıtda Müqayis Verdiyev fəhlələri ayağa qaldırdı - AKSİYA

Tarix:17-08-2016, 11:54
Baxış Sayı:463

Sumqayıtda fəhlələr aksiyaya qərar verib. Yüzlərlə fəhlənin haqqın yeyən «Fəqan-Xidmət» MMC-nin rəhbəri Müqayis Verdiyevə qarşı Sumqayıtda etiraz aksiyası başlayıb. Bu barədə Xalqxeber.Az-a aksiya iştirakçılarından biri xəbər verib. İddiaya görə, aylardı pullarını ala biməyən fəhlələr Sumqayıt icra hakimiyyətinin qarşısına toplaşaraq pullarını tələb edir. Bir neçə gündür aradan çıxan Müqayis Verdiyev nəhayət ki, ortaya çıxaraq bu gün fəhlələrin pulunu verəcəyini deyib. Amma buna baxmayaraq günəmuzd işləyən fəhlələr aksiyanı dayandırmayıblar. Hal-hazırda yüzlərlə fəhlə və usta Sumqayıt İcra Hakimiyyətinin qarşısında icra başçısının onlarla görüşməyini tələb edirlər. Fəhlələrin keçirdiyi aksiyanı dayandırılması üçün polis qüvvələri hadisə yerinə yeridilib.

Yaxın saatlada da geniş məlumat verməyə çalışacağıq...

Onuda qeyd edək ki, vaxtı ilə İmişli və Goranboy rayonlarında tikinti-abadlıq işlərini öz üzərinə götürən Müqayis Verdiyev ona dövlət tərəfindən ayrılmış pulu vaxtında almasına baxmayaraq fəhlələri aksiyaya məcbur etmişdi. Fəhlələrin haqqını yeyən Müqayis Verdiyev pulları mənimsəməkdən ötrü bir neçə şəxslərlə əlbir olaraq, təmir-tikinti üçün ayrılmış vəsaitə sahib çıxmışdı. Elə bu səbəbdən də onun həbsinə qərar verilmişdi.
P.S. Son dəqiqə redaksiyamıza məlumat verən fəhlələr qeyd edirlər ki, Müqayis Verdiyev məsələnin PA-ya çatmasının qarşısını almaq məqsədi ilə aksiya iştirakçılarına 100-200 manat pul paylayaraq bizi susdurmağa çalışıb. Lakin aksiya iştirakçıları bununla razılaşmayıb, pullarının tam şəkildə ödənilməsini tələb ediblər. Sonda Müqayis Verdiyevə bildirilib ki, əgər sabah saat 11-12 radələrinə qədər pulları tam şəkildə ödənilməzsə icra hakimiyyətinin qarşısından Prezident Administrasiyasına yürüş edəcəklər.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı