Azərbaycan İdeyası

Bakının mərkəzində uşaqların ölüm oyunu

Tarix:13-10-2015, 17:36
Baxış Sayı:381

Bakının mərkəzində uşaqların "dilənmə oyunu" yolda təhlükəli vəziyyət yaradıb.

"Korrupsiya və Qanun" qəzetinin aldığı məlumatda Anar Bağırov adlı oxucu Milli.Az-a ünvanladığı müraciətində qeyd edib ki, bu gün Bakıda kiçik yaşlı uşaqların yolun ortasında həm özlərinin, həm də digərlərinin həyatı üçün təhlükə yaratdığının şahidi olub: "Mərkəzi Univermaqdan Dram Teatrına tərəf gedən yolda, Şahmat məktəbinin qarşısında 3-4 uşaq avtomobillərə yaxınlaşıb dilənirdilər. Lakin bəzən istədiklərini əldə etməyəndə maşındakılardan əl çəkmir, hətta artıq hərəkət etməkdə olan avtomobilin qapısından, şüşəsindən və güzgüsündən sallanırdılar. Avtomobildəki sürücü və sərnişinlər də uşaqların bu xatasından uzaq olsunlar deyə, çıxarıb onlara pul verirdilər ki, canlarını birtəhər qurtarsınlar. Ərazinin müşahidə kameralarının nəzarətində olmasına baxmayaraq, orada olduğum müddətdə heç bir polis gəlib bu təhlükənin qarşısını almağa çalışmadı".
Oxucunun fikrincə, azyaşlıların bu cür təhlükəli "dilənmə üsulu" həm uşaqların, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaratdığından bununla bağlı dərhal ciddi tədbir görülməlidir.
Məsələ ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi ilə əlaqə saxladıq. Bölmədən Milli.Az-a onlara adıçəkilən ərazidə belə halların baş verdiyi barədə məlumatın daxil olmadığını desələr də, faktla bağlı ərazinin sahə müvəkkili tərəfindən müvafiq tədbir görüləcəyinə söz verdilər.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı