Azərbaycan İdeyası

Ceyhun Əliyev: "Bu ay 150 min nərə balığının Xəzərə buraxılması nəzərdə tutulub"

Tarix:22-05-2026, 12:30
Baxış Sayı:7


"Xəzər dənizi və onun ekosistemi unikal təbii sistem hesab olunur. Burada balıq ehtiyatlarının qorunması və bərpası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Balıqçılıq Təcrübə Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biridir".

Oxu.Az-ın məlumatına görə, bunu Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar keçirilən tədbirdə jurnalistlərə açıqlamasında Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev bildirib.

O qeyd edib ki, hazırda nərə balığı və Xəzər qızılbalığı nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlər sırasındadır:

"Bu növlərin qorunması və bərpası həm bugünkü, həm də gələcək nəsillər qarşısında mühüm məsuliyyət hesab olunur. Bu məqsədlə Xəzərdə növbəti balıqburaxma kampaniyasına start verilib.

Kampaniya çərçivəsində Xəzər sahillərinə çəkisi 300-500 qram arasında olan nərə balıqları, eyni zamanda, Xəzər qızılbalığı buraxılır. Mövsüm ərzində ümumilikdə 500 mindən çox nərə balığının və 50 mindən artıq Xəzər qızılbalığının təbii su hövzələrinə buraxılması planlaşdırılır.

Yalnız bu ay ərzində 150 min nərə balığının Xəzərə buraxılması nəzərdə tutulub. Buraxılan balıqların bir hissəsi ötən illərdə yetişdirilən nümunələrdir. Bununla yanaşı, bu il inkubasiyadan çıxmış 3-5 qramlıq körpə balıqlardan da 500 min ədədin təbii mühitə buraxılması planlaşdırılır.

Balıqburaxma prosesi, əsasən, yaz və payız aylarında həyata keçirilir. Yaz mövsümündə 150 min, payız aylarında isə 350 min nərə balığının buraxılması hədəflənir", - deyə C.Əliyev bildirib.

Direktor əlavə edib ki, Xəzərə balıq buraxılışı mütəmadi şəkildə icra olunacaq və nadir növlərin qorunması istiqamətində dövlət qurumları tərəfindən tədbirlər bundan sonra da davam edəcək.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda polkovnik qəfil öldü
Azərbaycanda polkovnik qəfil öldü
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
Bakıda futbol meydançasında meyit tapıldı
Bakıda futbol meydançasında meyit tapıldı
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Misirdə güclü zəlzələ baş verib
Misirdə güclü zəlzələ baş verib