Azərbaycan İdeyası

“Cinsi əlaqə zamanı qorunmurlar...” - 3 EFFEKTİV VASİTƏ VAR

Tarix:16-09-2016, 09:56
Baxış Sayı:361

“Cinsi əlaqə zamanı qorunmurlar...” - 3 EFFEKTİV VASİTƏ VAR
“Aborta pul tapa bilmədiyim üçün uşağı dünyaya gətirmək məcburiyyətində qaldım. Ancaq ətrafımdakı insanların qınağından qorxub onu tualetdə qoyub qaçdım”. Bu sözləri Ayşə A. bir neçə il əvvəl məhkəmə zamanı ifadəsində deyib. Onun sözlərinə görə, münasibətdə olduğu insan uşağı qəbul etmədiyi üçün başqa əlacı qalmayıb. Ölkəmizdə və dünyada hər il bu və ya başqa səbəblərdən qadınlar aborta müraciət etmək məcburiyyətində qalır. Criminal.az saytı “Qafqazinfo”ya istinadla xəbər verir ki, “Guttmacher” İnstitunun builki araşdırmasına əsasən məlum olub ki, dünyada hamilə qalan hər dörd qadından biri abort etdirir. Əvvəlki illərə nisbətən sayı hər il daha da artan abort üçün müraciətlər artıq 56 milyonu keçib. Qeydə alınan bu rəqəm 1990-cı ilin əvvəllərində 6 milyon az idi.

Maraqlıdır ki, orta aylıq əməkhaqqısı aşağı olan ölkələrdə abort üçün müraciətlərin sayı daha yüksəkdir. Bəs ölkəmizdə vəziyyət necədir? Xəbər verdiyimiz kimi, ötən il Azərbaycanda 27 452 qadın aborta gedib ki, onlardan 16 031 nəfəri 15-29 yaş arasında olan gənclərdir. 2015-ci ildə 20 yaşına qədər olan 1485 qadın hamiləliyini öz istəyi ilə sonlandırıb. Hətta həmin qadınlar arasında məktəblilər də var. Belə ki, 15-17 yaş arasında olan 50 qadın abort üçün müraciət edib.
Uzman ginekoloq Rəşad Sultan məsələyə münasibət bildirən zaman ölkəmizdə abort üçün müraciət edənlərin çoxunun ailəli qadınlar olduğunu bildirib. Onun sözlərinə görə, ailəli qadınlara nisbətən nikaha girməmiş hamilə qalanların, uşağın cinsiyyətinə görə müraciət edənlərin sayı daha azdır: “Azərbaycanda işlədiyim müddətdə abort üçün 18 yaşdan aşağı müraciət edən şəxslər olmayıb. Amma bu o demək deyil ki, ölkədə belə hallar baş vermir. Əgər müraciət edən olsa, bizim onlara xidmət etmək borcumuzdur.

Çünki qanunlarımıza görə, hər xəstənin 12 həftənin altında hamiləliyini könüllü şəkildə sonlandırmaq hüququ var. Ancaq 18 yaşdan aşağı bütün xəstələr sadəcə valideyninin iştirakı ilə müayinə oluna bilər. Bundan başqa, sözügedən yaş həddinə çatmış qadın hamiləliyini sonlandırmaq üçün müraciət etdiyi təqdirdə biz mütləq polis orqanlarını xəbərdar etməliyik. Bu zaman qadının evli və ya subay olmasının heç bir fərqi yoxdur. Tibb işçisiyik və vəzifəmizi yerinə yetirmək borcumuzdur”.

Ginekoloqun sözlərinə görə, abort üçün müraciət edən qadınların sayının yüksək olmasının əsas səbəbi qadınların cinsi əlaqə zamanı qorunmamasıdır: “Abort kiçik cərrahi müdaxilədir və onun da özünə görə riskləri var. Qanaxma, infeksiya və gələcəkdə hamilə qalmaqda çətinliklərə qədər gedib çıxa bilir. Bu səbəbdən də biz-həkimlər qorunmağın tərəfdarıyıq. 2-3 doğuşdan sonra çox ailə artıq uşaq istəmir. Ancaq buna baxmayaraq qorunmağa etinasız yanaşır. Qorunmağın da 3 effektiv vasitəsi var: prezervativ, spiral və həblər.

Qadınlarımızın çoxu hamiləlikdən qoruyan tabletləri qəbul etməkdən qorxur. Lazımsız dərmanları qəbul etsələr də, ginekoloqlar qorunmaq üçün həbləri məsləhət görəndə çəkinirlər. Həmin dərmanların faydası ziyanından qat-qat çoxdu. Fikirləşirlər ki, hamilə olmağın qarşısını alırsa, deməli, yumurtalıqları sıradan çıxarır. Daha düşünmürlər ki, dərmanı sabah qəbul etməsən hamilə qala bilərsən”.
R. Sultan son olaraq onu da qeyd edib ki, hazırda kütləvi hal almasa da, abort etdirdikdən sonra bakirəlik pərdəsinin bərpası üçün də müraciət edənlər var. Əfsuslar olsun ki, ölkəmizdə həyat yoldaşının, qayınana və digər ailə üzvlərinin təzyiqi ilə hamiləliyini sonlandırmaq qərarı alan qadınlarımız da sayı az deyil. Bu kimi müzakirələrin aparıldığı sosial şəbəkə qruplarından da məlum olduğu kimi, ailələr hələ də qız uşaqlarını abort etdirməyə meyillidir. Psixoloqlar abort qərarının qadınlara psixoloji baxımdan böyük təsir etdiyini vurğulayır.
Xüsusilə də narkozsuz əməliyyatlarda qadının ağrını hiss etməsi onda travma təsiri yaradır. Hamiləliyini könüllü şəkildə sonlandırmaq istəyən qadının qərarına hörmət edilməli, yaxınları tərəfindən lazımi dəstək verilməlidir. Bəzi hallarda əməliyyatın təsiri qadında depresiya və digər psixoloji problemlərə yol açır ki, bu zaman da psixoloq məsləhəti vacib olur.

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq