Azərbaycan İdeyası

Abort edilmiş uşaqların cəsədlərini klinikadan alır və... - FOTOLAR

Tarix:9-07-2016, 22:32
Baxış Sayı:453

Abort edilmiş uşaqların cəsədlərini klinikadan alır və... - FOTOLAR
Tong Fuok Fuk adlı orta yaşlı vyetnamlı mümkün olmayanı mümkün edə bilib. Hər şey 2001-ci ildə, onun arvadı hamilə ikən baş verib. Criminal.az saytı sputnik.az-a istinadla xəbər verir ki, Xəstəxananın koridorunda oturan Tong bətnində körpə daşıyan hamilə qadınların abort otağına necə daxil olduqlarını və həmin yerdən körpəsiz, göz yaşları içində çıxdıqlarını müşahidə edib.

Anaların öz övladını hələ dünyaya gəlməzdən əvvəl necə məhv etmələri, hətta insan kimi dəfn belə etməmələri Tongu heyrətə gətirib. Elə buradaca onun ağlına belə bir ideya gəlib: şəxsi vəsaiti hesabına torpaq sahəsi alaraq məzarlıq yaratmaq və abort edilən körpələri orada dəfn etmək. O, klinika ilə razılaşaraq abort zamanı məhv edilən körpələrin meyitlərini alır və məzarlıqda dəfn etməyə başlayır.

İlk illərdə 10 min körpənin cəsədini dəfn edir. Tonq Fuok Fu adlı vyetnamlı abort zamanı məhv edilən körpələrin meyitlərini alaraq məzarlıqda dəfn edir Bu vyetnamlının həqiqi məqsədi aborta məruz qalan körpələrin cəsədlərini dəfn etməkdən daha çox bu cür halların qarşısını almaq olub. Tong düşünüb ki, hamilə qadınlar bu məzarlığı ziyarət edərək onun təsiri ilə öz uşaqlarını abort etdirməkdən çəkinəcəklər. Tongun ideyası baş tutdu.

Maddi imkansızlıqdan övlad dünyaya gətirib böyütməyin çətinliyini hiss edən valideynlər ona üz tutdular. Tong öz şəxsi torpaq sahəsində ev tikərək dünyaya gələn uşaqları böyütmək qərarına gəldi. Artıq Tongun körpələr evində 100-dən çox uşaq böyüyür. Tong onlara dərin mənalı adlar verir. Misal üçü "Vin" (Şərəf), yaxud "Tam" (Ürək). Bütün uşaqlar öz analarının və Tongun soyadını daşıyırlar. "Bu, mənim son nəfəsimə qədər davam edəcək. Ümid edirəm ki, mən bu dünyadan köçəndən sonra da mənim uşaqlarım insanlara kömək edəcəklər". Tongun evindən çəkilən şəkillərdə uşaqların gözlərində xoşbəxtlik qığılcımları görünür. Əlbəttə belə ata hər kəsə nəsib olmur.
Abort edilmiş uşaqların cəsədlərini klinikadan alır və... - FOTOLAR
Abort edilmiş uşaqların cəsədlərini klinikadan alır və... - FOTOLAR
Abort edilmiş uşaqların cəsədlərini klinikadan alır və... - FOTOLAR
Abort edilmiş uşaqların cəsədlərini klinikadan alır və... - FOTOLAR

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı