Azərbaycan İdeyası

MÜSTƏNTİQ ŞÜBHƏLİ ŞƏXSİ AXTARMADAN CİNAYƏT İŞİNİN BAŞLANILMASINI RƏDD EDİB

Tarix:12-10-2016, 15:41
Baxış Sayı:747

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında musiqiçi işləyən vət. İslamov İslam Zahir oğlunun, vət. Kərimov Şəfa Mehman oğlunun və Əliyev Famil İsrayil oğlunun həmin filarmoniyada kadrlar şöbəsində işləyən 1964-cü il təvəllüdlü Məlikova Afət Aslan qızı tərəfindən aldadılmalarına dair şikayətləri bu ilin əvvəlindən etibarən "Korrupsiya və Qanun" qəzeti tərəfindən oxucuların diqqət mərkəzində saxlanılmışdır. Şikayətçilər bildirirdilər ki, onların inamından istifadə edərək 2012-ci və 2013-cü illərdə borc pul götürən Afət Məlikova müxtəlif bəhanələr gətirərək pullarını qaytarmamışdır. Zərərçəkənlər həmçinin bildirirdilər ki, müraciət etdikləri hüquq-mühafizə orqanları indiyədək heç bir tədbir görməyiblər.
Məsələ qəzetimizdə ictimailəşdiriləndən sonra nəhayət ki, Yasamal rayon Prokurorluğu materialı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinəı göndərmişdir. Həmin material üzrə işin araşdırılması 13 may 2016-cı il tarixdə şöbənin baş müstəntiqi, polis mayoru Möhsüm Cabbarova tapşırılmışdır. Maraqlıdır ki, Məlikova Afət Aslan qızının istintaq şöbəsinə gətirilməsinin təmin edilməməsini əsas göstərən müstəntiq toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar çıxarmışdır. Müstəntiq formal olaraq CPM-nin 39.1.2-ci, 85-ci və 212-ci maddələrinin tələblərini əldə rəhbər tutmuşdur. Haqlı sual ortaya çıxır: Bəyəm A.Məlikovanın öldüyü müəyyən olunub ki, istintaqa gətirilməsi təmin olunmur? Qəribədir ki, müstəntiq CPM-nin 85.4.5. müvafiq təhqiqat orqanına cinayətin açılması, itkin düşmüş şəxsin və ya əmlakın tapılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini tapşırmaq və görülmüş tədbirlər barədə məlumat almaq; 85.4.6. tutulma, məcburi gətirilmə və digər prosessual məcburiyyət tədbirlərinin aparılmasını müvafiq təhqiqat orqanına tapşırmaq, habelə ondan istintaq və ya digər prosessual hərəkətlərin keçirilməsinə kömək göstərilməsini tələb etmək... kimi vəzifələrinin olduğunu unutmuşdur.

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib