Azərbaycan İdeyası

"İki qız idilər, birinin..." - Bakı metrosunda cinayət VİDEO+FOTO

Tarix:20-10-2016, 13:26
Baxış Sayı:303

"İki qız idilər, birinin..." - Bakı metrosunda cinayət VİDEO+FOTO
Bakı metrosunda oğurluq hadisəsi baş verib. ARB TV xəbər verir ki, metronun "28 may" stansiyası ərazisində Şəmkir rayon sakini Nigar Hacıyeva çantasından mobil telefon oğurlanması barəsində polisə şikayət ərizəsi ilə müraciət edib.

Hüquq-mühafizə orqanı əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən İmişli sakini əvvəllər qətl hadisəsinə görə məhkum olunmuş Seymur Ağayev saxlanılıb. İstintaq zamanı Seymurun "Gənclik" stansiyasında Bakı sakini Fəridə Cəfərlinin çantasından pul kisəsini oğurladığı da məlum olub.

Seymur Ağayev: ""Sahil" stansiyasından metroya daxil oldum. Telefon və pul kisəsini götürüb tulladım yerə. Bir vətəndaşla mübahisə də etdik və polis əməkdaşları gəlib götürüb apardı məni. İki qız idilər, birinin pul kisəsini, birinin də telefonu oğurladım". Faktlarla bağlı cinayət işi başlanılıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı