Azərbaycan İdeyası

Rektor: “Qafqaz” dövlət universiteti olacaq

Tarix:18-01-2017, 11:19
Baxış Sayı:518

 Rektor: “Qafqaz” dövlət universiteti olacaq

Qafqaz Universitetinin ləğv olunması ilə bağlı “Vergilər” qəzetində dərc olunan məlumata universitetin rektoru Havar Məmmədov aydınlıq gətirib.
Korrupsiya və Qanun saytının məlumatına görə, rektor AzVision.az-a açıqlamasında bildirib ki, təsisçi Azərbaycan Beynəlxalq Təhsil Kompleksi tərəfindən Universitetin fəaliyyəti 9 yanvar tarixindən dayandırılıb.
“Hazırda universitetdə əvəzetmə komissiyası işləyir. Universitetin adı dəyişdirilməyəcək. Hər halda dövlət universiteti olacaq. Təhsil Nazirliyi tabeliyində olan universitetlərə necə nəzarət edirsə, bu da elə olacaq. Yaxın vaxtlarda dövlət tərəfindən universitetin fəaliyyət sferası ilə bağlı qərar qəbul ediləcək”.
Rektor universitetin yerində qalacağını, tədris prosesinin davam edəcəyini qeyd edib. “Burada müəllimlər işləyir, tələbələr oxuyur. Təhsil proses olduğu kimi davam edir”.
Qeyd edək ki, “Vergilər” qəzetinin xüsusi buraxılışında yerləşdirilən elana əsasən “Qafqaz” Universiteti təsisçinin qərarı ilə könüllü şəkildə ləğv olunur. Kreditorlar iki ay ərzində tələblərini Xırdalan şəhəri, akademik Həsən Əliyev 120 ünvanına bildirə bilərlər.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı