Azərbaycan İdeyası

“Bərpaya yüksək məbləğ lazım idi” - Rektor qalmaqallı söküntüdən danışdı

Tarix:12-08-2016, 11:36
Baxış Sayı:365

“Bərpaya yüksək məbləğ lazım idi” - Rektor qalmaqallı söküntüdən danışdı
Bakı Slavyan Universitetinin yeni rektoru Nurlana Əliyeva Modern.az-a müsahibə verib. Criminal.az saytı xəbər verir ki, rektor müsahibəsində BSU-da 1 neçə gündür gündəmə çevrilən mozaika söküntüsündən də danışıb. Nurlana Əliyeva “Universitetdə aparılan tikinti işləri ilə bağlı bəzi fikirlər ortaya atıldı. Universitetin girişindəki mozaikanın sökülməsi qanuna uyğundurmu?” sualına belə cavab verib:

“Universitetin fasadında mozaika var idi. Orada dahilərimizdən Nizami Gəncəvinin, Üzeyir Hacıbəylinin, Natəvanın, Mirzə Ələkbərin kiçik daşlardan düzəldilmiş şəkli var idi. Bu mozaikalar keçən əsrin ortalarında dəbdə idi. Sovet ideologiyasının incəsənətini təbliğ edən sənət əsəri idi. Universitetin fasadında olan bu mozaika qəza şəraitində, təhlükə ərəfəsində idi. Onun kənarında olan şəbəkələr bir-bir düşürdü. Xoşbəxtlikdən daşlar bu günə qədər heç kimə xəsarət yetirməyib. Bu mozaika 1972-ci də quraşdırılıb.

Biz onu ya yüksək məbləğli maliyyə hesabına bərpa etməli idik, ya da yeni üslubda inşa etməli idik. Ona görə də biz Təhsil Nazirliyinin razılığı ilə bura memar dəvət etdik. Universitetin girişini Şərq üslubuna uyğun inşa etməyə qərar verdik. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinə müraciət elədik. Onlar bizə cavab verdilər ki, bu universitetin binası daşınmaz tarix və mədəniyyət abidəsi kimi qeydiyyata alınmayıb və onun üstündəki mozaika da bədii əhəmiyyət kəsb etmir.

Biz bu məktubdan sonra Bakı Şəhər icra hakimiyyətinə müraciət etdik, onlar da söküntüyə icazə verdilər. Başa düşə bilmirəm, qanuni bir işi, yeniləşməni nədən böyük bir qalmaqala çevirirlər? Heç olmasa mətbuat ədalətli olmalıdır, yazdığı yazı haqqında araşdırma aparmalıdır. Mətbuat işçisi haqq axtaran olmalıdır. Ancaq bu yolla hörmət qazanmaq olar. Amma görürük ki, bəzi mətbuat nümayəndələri şər-böhtanla gündəmə gəlmək istəyirlər”.

Yeni rektor eyni zamanda əlavə edib ki, haqqında mətbuatda yazılanlar, ictimaiyyətin fikri onun üçün maraqlı deyil: “Buna qısa münasibətim belədir, “Barlı ağaca çox daş atanlar olur”. Mən heç nəyə fikir vermədən başımı aşağı salıb işimi görürəm. Prezidentimiz mənə etimad göstərib, mən də bu etimadı doğrultmağa borcluyam. Kənardan kiminsə nə deməsi mənə o qədər də maraqlı deyil. Hesab edirəm ki, barəmdə yanlış məlumat, şər-böhtan yayanlar bunu paxıllıqdan, gözü götürməzlikdən, qeyri-insani duyğulardan edirlər. Bu paxıllıqların, şər-böhtanın başında oxumuş, elmli insanları görəndə çox rəncidə oluram. Çünki insan o vaxt bəsit olar, o vaxt paxıl olar ki, onun biliyi, onun təfəkkürü naqis olsun. Amma oxumuş, təhsilli adamlar bunu edirsə, belə adamlara yazığım gəlir”.

OXŞAR XƏBƏRLƏR
iop 19 aprel 2017 07:57
  Жалоба     
At this time, wearing the rolex replica watch is not only to look at the time, but also to show their own out of the ordinary, and a good watch will make you full of charm, let you in a grain of replica rolex sand into a shining diamond! Rolex Rolex with its elegant design, excellent quality and won recognition and after a large number of breitling replica people. Although the price is high, but consumers believe that value for money. To this day, Rolex has been the hublot replica world leader in the watch industry. Rolex in two hours, nine years on the "Fubusi" ten international luxury brand ranks, from the inside to the outside exudes a kind of noble, delicate, precise brand charm.
flyen 18 may 2017 12:09
  Жалоба     
Company comps are expected to fall to cheap michael kors the low-teens in the fourth-quarter, and although Deutsche predicts improvement in the next fiscal year, it does not anticipate michael kors outlet uk inflection. Michael Kors was trading down 0.8 percent around $36.45 at the time of publication, just weeks ahead of michael kors replica handbags the company’s fourth-quarter earnings report and June 9 Investor Day.
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq