Azərbaycan İdeyası

Özlərini film qəhrəmanlarına oxşadırlar` - Deputat

Tarix:25-01-2017, 16:03
Baxış Sayı:440

Özlərini film qəhrəmanlarına oxşadırlar` - Deputat

Azərbaycanda “İdman haqqında” qanuna dəyişiklik edilməsi təklif edilir.
AzVision.az xəbər verir ki, Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında komitənin üzvü, Uşaq və Gənclər Futbol Federasiyasının (UGFF) və AFFA-nın I vitse-prezidenti Rauf Əliyev futbol məşqçilərinə pul verilməsi ilə bağlı məsələ qaldırıb: “10-11 yaşında uşaqla hansısa məşqçi məşğul olur. Uşaq 15 yaşında olanda digər məşqçinin yanında məşq edir. 17-18 yaşlarında da hansısa klubla müqavilə bağlayır, hər bir mərhələdə məşqçilər pulunu alır. Amma birinci məşqçi pul almır. O da pul almalıdır. Bununla bağlı “İdman haqqında” qanuna dəyişiklik edilməlidir”.
Komitə sədri Fuad Muradov bu məsələyə diqqət göstəriləcəyini deyib.
Komitənin sədr müavini, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev isə deyib ki, bu gün futboldan daha çox əlbəyaxa döyüş idman növləri ilə məşğul olan idmançılara ehtiyac var. Deputat bildirib ki, Azərbaycan gəncləri özlərini xarici film qəhrəmanlarına oxşadırlar:
“Bu gün biz idmançılarımızı bölgələrdə təbliğ etsək, qaliblərimizi, qəhrəmanlarınmızı onlara göstərsək, bu, onların daha çox xoşuna gələr və onlar da özlərini öz qəhrəmanlarımıza oxşadıb bir-birlərini idmanla məşğul olmağa çağırarlar. Biz bu işləri görmək üçün əməli işlərimizi rəsmiyyətə salmaq istəyirik. Onsuz da bu sahədə tədbirləri həyata keçirməkdə heç bir sıxıntımız yoxdur. Dövlət lazımı qədər dəstək olur. Ancaq bizim bu işlərə qoşulmağımızın nəticələri daha gözəl olar”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı