Azərbaycan İdeyası

Prezidentin tədbirində Əhəd Abıyevin halı pisləşdi

Tarix:30-01-2017, 15:44
Baxış Sayı:543

 Prezidentin tədbirində Əhəd Abıyevin halı pisləşdi
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Daşkəsənin İcra başçısı Əhəd Abıyevin halı qəfil pisləşib.
Korrupaiya və Qanun saytı xəbər verir ki, konfransın birinci hissəsi başa çatdıqdan sonra icra başçısı zaldan çıxarkən başı gicəllənib və özünü güclə foyedəki skamyaya çatdırıb.
Ətrafdakı insanlar, media nümayəndələri ona yardım edib, təcili yardım çağırmaq istəyiblər. Lakin icra başçısı həkimə ehtiyac olmadığını bildirib, su istəyib. Hadisə şahidlərinin sözlərinə görə, Ə.Abıyevin əlləri əsirmiş. İcra başçısının tədbirdə həyəcan keçirdiyi bildirilir.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilir.
Hökumət nümayəndələrinin, icra başçılarının qatıldığı konfransda prezident İlham Əliyev də iştirak edib və geniş nitq söyləyib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı