Azərbaycan İdeyası

KEÇMİŞ SSRİ ƏRAZİSİNDƏ HƏQİQİ HƏRBİ XİDMƏT MÜDDƏTİ SIĞORTA STAJINA DAXİLDİR

Tarix:8-02-2017, 19:11
Baxış Sayı:425


"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 3.4-cü bəndində göstərilir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə, fövqəladə hallar və sair təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir.
Redaksiyamıza müraciət etmiş vətəndaş Əzimov Həsənalı Məhəmməd oğlu məlumat vermişdir ki, o, 01 iyul 1970-ci il tarixdən 1974-cü ilədək və 1988-ci ildən 23 oktyabr 1993-cü il tarixədək Füzuli rayonundakı M. Əzizbəyov adına kolxozda kolxozçu işləmişdir. 23 oktyabr 1993-cü il tarixdə Füzuli şəhəri və əksər kəndləri erməni hərbi birləşmələri tərəfindən işğal olunduğu zaman məcburi köçkün düşmüş, əmək kitabçası iş yerində qalmış, digər sənədlər, o cümlədən, hərbi əməliyyatlar zamanı yandırılaraq məhv edilmişdir. Doğma kəndi tərk etdikdən sonra Əzimov Sabirabad rayonundakı Qalaqayın çadır şəhərciyində məskunlaşmışdır. Sonradan kənd işğaldan azad olunsa da, yaşadıqları ünvana qayıdarkən, evlərini xaraba vəziyyətdə görmüşlər. Pensiyaya çıxmaq niyyəti ilə Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon Şöbəsinə müraciət etmiş, lakin ona bildirilmişdir ki, həmin müddət ərzində işlədiyini təsdiq edən lazımi sənədlər olmadığından, onun iş stajını hesablaya bilmirlər. O, əmək stajının hesablanması üçün müvafiq sənədləri əldə etməyə çalışsa da, məlum səbəbdən bunu edə bilməmişdir. Belə ki, Əzizbəyov kolxozu da ləğv olunmuş və həmin müəssisənin arxivi məhv olmuşdur. Buna görə də Əzimov Füzuli rayon məhkəməsinə müraciət edərək, kolxozçu kimi işləməsi ilə bağlı həmin illər üzrə sosial sığorta stajının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə şahid qismində çağırılan keçmiş iş yoldaşları onun həmin müəssisədə işləməsini təsdiq etmişlər. bu həqiqət Füzuli rayon İHB-nın Kərimbəyli kənd icra nümayəndəsi tərəfindən 18.01. 2016-cı il tarixli, 66 saylı arayışı ilə də təsdiqlənmişdir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək Əzimovun qeyd olunan tarixlərdə kolxozçu işləməsinin və həmin illər üzrə sosial sığorta stajının müəyyən edilməsi barədə 10.03.2016-cı il tarixdə qətnamə çıxarmışdır.
Lakin Əzimova sosial sığorta stajı hesablanarkən, onun sovet dönəmində keçdiyi hərbi xidmət müddəti nəzərə alınmamışdır. Çünki ondan tələb olunan hərbi bilet də məhv olduğundan təqdim edə bilməmişdir. Məlum olub ki, o, hərbi bileti təqdim etmiş olsaydı, əmək və sığorta stajı 10 ilə çatardı ki, bu da təyin olunacaq pensiyanın məbləğində onun xeyrinə əhəmiyyətli fərq yaradardı. Çünki müddətli hərbi xidmətdə olduğu dövr şəxsin sığorta stajına daxil edilir. Belə ki, həqiqi hərbi xidmət hərbi xidmətin növlərindən biri kimi nəzərdə tutulur. "Əmək pensiyaları haqqında" qanunun tələbinə görə hərbi xidmət müddəi (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) sığortaolunanın sığorta stajına daxil olunur.
Əzimov bildirmişdir ki, o, 1974-1976-cı illərdə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki 11876 saylı hərbi xidmətdə olmuşdur. Bundan başqa, SHXÇDX-nin Füzuli rayon şöbəsi də təsdiqləyir ki, o, 09.08.1988-ci il tarixdən Füzuli hərbi komissarlığında qeydiyyatda olmuş, 2003-cü il tarixdə ehtiyatda olmağın son yaş həddinə çatdığına görə qeydiyyatdan silinmişdir. Belə çıxır ki, SHXÇDX-nin rayon şöbəsində onun hərbi xidmət keçməsi barədə də məlumatlar olmalıdır. Əgər həmin məlumatlar tapılmasa, o, yenidən məhkəməyə müraciət etməli, adı çəkilən hərbi hissəyə rəsmi sorğu göndərilməlidir.

Almaz Kərimov

OXŞAR XƏBƏRLƏR
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."