Azərbaycan İdeyası

Seçicilərin deputatlardan istəyi: “Arvadımı boşanmağa qoyma!”, “Borcumu ödə!” ...

Tarix:13-07-2017, 16:34
Baxış Sayı:235

 Seçicilərin deputatlardan istəyi: “Arvadımı boşanmağa qoyma!”, “Borcumu ödə!” ...
“Milli Məclisin deputatının statusu haqqında” qanunda göstərilib ki, millət vəkillərinin fəaliyyət formalarından biri də seçicilərlə iş aparmaqdır. Deputat seçicilərinin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin təmin edilməsi üçün Konstitusiya ilə ona verilmiş səlahiyyətlər çərçivəsində müvafiq orqanlar qarşısında məsələlər qaldıra bilər.

Deputatların seçicilərlə keçirdikləri mütəmadi görüşlər, qəbullar zamanı onlara müxtəlif müraciət və şikayətlər daxil olur. Deputatlar deyirlər ki, seçicilər bəzən elə müraciət və şikayətlər təqdim edirlər ki, onlara baxılması qeyri-mümkündür.

Deputatlara hansı qeyri-adi şikayətlər olub?

Korrupsiya və Qanun saytı xəbər verir ki, Modern.az saytı bir neçə deputatdan cavab istəyib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib ki, seçicilərindən ona qeyri-adi müraciətlər daxil olur.

“Bunların içində bir neçə qeyri-adi müraciət var. Elə bu yaxınlarda Ağsu rayon sakini tərəfindən maraqlı bir məktub almışam. Vətəndaş bildirib ki, oğlunun qəbrinin üstünə mərmərdən daş saldırıb. Bunu da borcla etdirib. Məndən o borcu qaytarmağı xahiş edir. Həm də az pul da deyil - 400 min manat. Mən ən yüksək vəzifədə işlədim, əzizlərimin qəbrinə adi daş döşətdirmişəm. Amma bu adam oğlunun qəbrinin üstünü mərmərlə götürüb və mənə də deyir ki, onun borc pulunu ödəyim. Bu, mənə bir az qəribə gəldi. Mən düşünürəm ki, gərək hər kəs əzizinin məzarını təmtəraqdan uzaq etdirsin və buna öz vəsaitini xərcləsin”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlıya seçiciləri tərəfindən ünvanlanan müraciətlər ən çox işsizlik, alimentlə bağlı olur.

“Bir çox insanlar məhkəmə presesləri ilə bağlı mənə müraciət edib, kömək istəyirlər. Qeyri-adi müraciətlər sırasında belə hallar var ki, məhkəmənin öz xeyirlərinə həll olunması üçün mənim təsirimin olmasını istəyirlər. Mən onlara başa salıram ki, axı bu mümkün olan şey deyil. Həmçinin, elələri də var ki, əllərində heç nə yoxdu, amma kiçik bizneslə məğul olmaq istəyir. Deyirlər ki, “bizə kömək edin, müddətsiz kredit götürək”. Necə ödəyəcəklərini isə bilmirlər. Hətta elə adam var ki, sosial yardım istəyir. Araşdırma nəticəsində məlum olur ki, həmin şəxsə sosial yardım düşmür. Aydın olur ki, həmin şəxsin avtomobili, üç telefonu və başqa nələrisə də var. Əsasən, bu problemlər təhsili az olan insanlar arasında olur. Çünki huquqları və qanunları bilmirlər. Elə bilirlər ki, bir zənglə onun bütün problemləri həll olunacaq”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafaya bir o qədər də qeyri-adi müraciətlər olmayıb.

“Bir dəfə boşanma işi ilə bağlı müraciət olmuşdu. Müraciət edən seçici bildirirdi ki, həyat onun yoldaşıyla boşanmağına imkan verməyim. Biz də izah etmişik ki, belə məsələlərlə məşğul olmuruq. Bunu siz məhkəmə qaydasında həll edə bilərsiniz”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayevə də seçicilərindən qeyri-adi müraciətlər daxil olur.

“Bir seçicim müraciət etmişdi ki, ona bayram keçirməyə görə köməklik edim. Mən də həmin şəxsə köməklik etdim. Həmçinin, bir seçicim mənə müraciət edib ki, övladı universitet imtahanlarından kəsilib, onun qiymətlərini yazdırım. “Bir təhər elə, uşağın qiymətləri düzəlsin”,-deyə o xahiş edirdi. Onlar elə bilirlər ki, deputat bütün səlahiyyətlərə malikdir. Nə desək, onu da edirlər. Amma deputatın özü qanunvericilik əsasında fəaliyyət göstərir”.

OXŞAR XƏBƏRLƏR
Xəstələr nə vaxt dərmanları pulsuz alacaqlar, ilk növbədə kimlərə şamil olunacaq?
Xəstələr nə vaxt dərmanları pulsuz alacaqlar, ilk növbədə kimlərə şamil olunacaq?
Ronaldu və Corcina evlənirlər - Toyun təfərrüatı açıqlanıb
Ronaldu və Corcina evlənirlər - Toyun təfərrüatı açıqlanıb
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
KİV: FIFA klublararası DÇ ilə bağlı komandalara vəd olunan 250 milyon dolları ödəməyib
KİV: FIFA klublararası DÇ ilə bağlı komandalara vəd olunan 250 milyon dolları ödəməyib
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib