Azərbaycan İdeyası

Məzahir Pənahov: "Seçici fəallığı ötən parlament seçkisindən təxminən 6 faiz çox olub"

Tarix:2-11-2015, 09:32
Baxış Sayı:378

Milli Məclisə seçkilər keçirildi və baş tutdu. Seçicilər bütün məntəqələrə vaxtında gəldi və axşam saat 19:00-da seçici fəallığı 55,7 faiz təşkil etdi.
"Korrupsiya və Qanun" qəzetinin aldığı məlumatına istinadən Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
M.Pənahov qeyd edib ki, ötən parlament seçkisi ilə müqayisədə bu dəfə seçici fəallığı təxminən 6 faiz çox oldu: "Məntəqələr vaxtına açıldı və bağlandı. Veb-kameralar kəsilmədən sona kimi fəaliyyət göstərdi. Heç bir şikayət daxil olmadı. Müraciətlər, əsasən, məlumat xarakterli idi".
Onun sözlərinə görə, səsvermə günü MSK-nın "qaynar xətti"nə 150-yə qədər müraciət daxil olub ki, bunlar da texniki məsələlərlə bağlı olub.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı