Azərbaycan İdeyası

Əli Həsənovun özü də həbs olunmalıdır"- Partiya sədri

Tarix:7-08-2017, 15:11
Baxış Sayı:508

 Əli Həsənovun özü də həbs olunmalıdır"- Partiya sədri


"Sumqayıtın hər blokunda onun evi var"
Məlumdur ki, "Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev avqustun 3-də "Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-qəza hadisəsi törədib. Hadisə xalq və dövlət məmurları tərəfindən birmənalı şəkildə qarşılanmayıb.
Məsələ ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin fikirlərini öyrəndik:
"İndiki məmurların hamısı Prezidentin tapşırıqlarını yerinə yetirməmək üçün bütün qüvvələri ilə çalışırlar. Onlar cəzasız qaldıqlarına görə nöqsanlara yol verirlər, xalqı incidirlər, dövlət başçısının iradəsinin əksinə gedirlər. Elə Əli Həsənovun nəvəsinin qudurğanlığını götürək. Keçmiş millət vəkili, rəhmətlik Şadman Hüseynov, keçmiş baş prokuror Əli Ömərov Heydər Əliyevə deyirdilər ki, bu qaniçəni niyə Azərbaycana gətirmək isəyirsiniz?! Həmin adamlar bu gün Prezidentə xəyanət edir, xalqın böyük narazılığına səbəb olur, heç bir qanunları icra etmirlər. Bu gün hakimiyyətin ən yüksək pillərində duran adamlar, qanunları icra etməyən şəxslərdir. Müəyyən insanlar var ki, bu gün Prezident həmin şəxslərə nə desə də, onun sözünə baxmayaraq öz bildiklərini edirlər. Moskvanın burada xüsusi qrupu işləyir, hansı ki, onlar 5-ci kalonun üzvləridir. Hamısı oradan medal, orden alıb. Əli Həsənov da həmin kalonun üzvüdür. O vaxtı Heydər Əliyevə xəyanət edənlərin başında Əli Həsənov dururdu, hansı ki, bu gün də həmin hərəkəti onun oğluna edir. Məmurun nəvəsi 21 yaşında milyoner olursa, başqası niyə ola bilmir?! Mən düşünürəm ki, ölkədə islahatlar aparılmalı və həmin məmurların hamısı tam nəzarətdə saxlanılmalıdır. Bu gün mənim əziz qardaşıma hamısı xəyanət edir və çalışırlar ki, ölkədə çevriliş etsinlər. Onlar artıq xalqın beynində çevrilişə nail olublar. Nə vaxt Moskva onlara göstəriş versə, həmin əmrə tabe olacaqlar. Məsələnin əsas mahiyyəti budur, bunu bilməyən adam siyasətlə məşğul olmasın. Nə qədər ki, bu qocalar evi var və Prezident Adminstrsiyasında həmin şəxslərlə işləyən məmurlar var Azərbaycanda vəziyyət günü-gündən pisləşəcək. Əgər kimsə bunun əksi olacağını düşünürsə, mən onunla polemikaya girməyə hazıram. Nail Allahverdiyevin həbsi üçün biz nə qədər cəhd göstərdik. Bir neçə gün bundan əvvəl mən bir çox sayta müsahibə verdim və dedim ki: "Mənim əziz qardaşım əgər bilsə ki, Əli Həsənovun nəvəsi belə bir hadisə törədib, mütləq ki, bir tədbir görəcəkdir”. Hətta mən bir neçə şəxsə bildirdim ki, əgər siz Prezidentə bu barədə heç bir şey çatdırmasanız , mən özüm ona məlumat verəcəm. Onlar çəkindilər, qorxdular. Mənim əziz qardaşımın arxasında Azərbaycan xalqı dayanıb və dayanacaqdır. Əli Həsənovun özü də həbs edilməlidir. O, qaçqınların milyardlarını yeyib, Sumqayıtın hər blokunda evi var. Oğlunun biri yalandan Binəqədidə polis rəyisinin müavini kimi göstərilsə də, özü xarici dövlətdədir. Onun Azərbaycan üçün nə xidmətləri olub?! Sadəcə, qaçqınlar üçün ayrılan pulları yeməkdən başqa heç bir şey etməyib. Buna görə də düşünürəm ki, prezident tezliklə islahatlara başlamalıdır. Onun arxasında mənim kimi əjdaha bir qardaşı var. Mən ölənə qədər onun və balalarının yolunda vuruşacağam”. Qeyd edək ki, bu gün 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyev məhkəmənin hökmü ilə 4 ay müddətinə həbs olunub..(xeberle.com)

OXŞAR XƏBƏRLƏR
Sabah 27 dərəcə İSTİ OLACAQ
Sabah 27 dərəcə İSTİ OLACAQ
Yasamalda “nəzarət” adı ilə vətəndaşa təzyiq: “Uçaskovı” Rəfail kimə arxayındır?
Yasamalda “nəzarət” adı ilə vətəndaşa təzyiq: “Uçaskovı” Rəfail kimə arxayındır?
Azərbaycanda mütəşəkkil dəstə ifşa edildi - 89,5 milyon manatlıq dələduzluq
Azərbaycanda mütəşəkkil dəstə ifşa edildi - 89,5 milyon manatlıq dələduzluq
Daha 16 itkin-şəhid dəfn olunacaq+SİYAHI
Daha 16 itkin-şəhid dəfn olunacaq+SİYAHI
Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA
TƏBRİK EDİRİK+FOTO
TƏBRİK EDİRİK+FOTO
Dolu düşəcək, sulu qar yağacaq - SABAHIN HAVASI
Dolu düşəcək, sulu qar yağacaq - SABAHIN HAVASI
PROFESSOR QƏZƏNFƏR PAŞAYEV GETDİKCƏ SƏRİŞTƏNİ İTİRİR – Yeni nəşr olunan “Tovuz Ensiklopediyası”na irad bildirərkən şəhidlərin ruhuna hörmətsizlik etdi
PROFESSOR QƏZƏNFƏR PAŞAYEV GETDİKCƏ SƏRİŞTƏNİ İTİRİR – Yeni nəşr olunan “Tovuz Ensiklopediyası”na irad bildirərkən şəhidlərin ruhuna hörmətsizlik etdi