Azərbaycan İdeyası

Azərbaycanda anadan olmuş qadını Ermənistana deportasiya etdilər

Tarix:15-08-2017, 15:46
Baxış Sayı:536

  Azərbaycanda anadan olmuş qadını Ermənistana deportasiya etdilər

Bu gün səhər Azərbaycanda anadan olmuş Armine Ambartsumyan Niderlanddan Ermənistana deportasiya edilib. Səhər saat 8-də onu təyyarəyə mindirərək Parisə, oradan isə Yerevana göndəriblər.

Korrupsiya və Qanun saytı baku.ws-ə istinadən verdiyi məlumata görə, ötən cümə günü yerli məhkəmə Amersfort şəhərində yaşayan Armine Ambartsumyanın və onun iki uşağının Ermənistana deportasiyası barədə qərar qəbul edib. Lakin bu gün səhər onların dalınca gələn polis A.Ambartsumyanın uşaqlarını evdə tapmayıb. Qadın uşaqların olduğu yeri bildirməkdən imtina edib. KİV yazır ki, o, bilərəkdən uşaqları gizlədib ki, onları Ermənistana deportasiya etməsinlər. Hazır Niderland polisi 12 yaşlı Hoviki və 11 yaşlı Liliyanı axtarır.
A.Ambartsumyanın uşaqları Rusiyada anadan olub. Rusiyaya isə Armine Azərbaycandan köçüb və onlar heç vaxt Ermənistanda olmayıblar. A.Ambartsumyan məhkəmədə deyib ki, Ermənistanda uşaqlarını necə saxlayacağını təsəvvür edə bilmir və uşaqları deportasiya etməməyi xahiş edib.
Niderlandın İmmiqrasiya və naturallaşdırma xidməti hesab edir ki, A.Ambartsumyana və onun uşaqlarına Niderlandda yaşamaq hüququ vermək üçün heç bir əsas yoxdur. Buna görə də onlar ölkəni tərk etməlidirlər. Baxmayaraq ki, 9 ildir həmin ölkədə yaşayırlar.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı