Azərbaycan İdeyası

Britaniya Ermənistana silah satmasını yalanladı

Tarix:2-02-2016, 15:28
Baxış Sayı:381

Britaniya Ermənistana silah satmasını yalanladı





Birləşmiş Krallıq ATƏT-in Dağlıq Qarabağ münaqişəsi tərəflərinə silah satmağı qadağan edən mövqeyini qəti şəkildə dəstəkləyir”.
Bu barədə "Korrupsiya və Qanun" saytı AzVision.az a stinadən bildirir ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildirilib. Məlumatda Britaniya hökumətinin Ermənistanda heç bir müəssisə və ya şəxsə silah satmadığı qeyd olunur: “Biz yalnız o barədə bilirik ki, iki şəxsi tüfəng Birləşmiş Krallıqdan qanuni şəkildə başqa ölkəyə ixrac edilib, daha sonra bizim məlumatımız və razılığımız olmadan həmin silahlar üçüncü tərəf vasitəsi ilə Ermənistana ixrac edilib. Britaniyada istənilən tərəfin Ermənistana çoxlu sayda qadağan olunmuş Britaniya silahlarının satılmasını göstərən heç bir sübutumuz yoxdur. Əgər Ermənistana Britaniya silahlarının satışı ilə bağlı güclü sübut varsa, bu barədə Birləşmiş Krallıq hökumətinə məlumat verilə bilər və biz bunu dərhal araşdıracağıq. Bu cür silahların satılması barədə əsassız spekulyasiyalar mühüm Azərbaycan- Birləşmiş Krallıq münasibətləri üçün faydalı deyil və bu münasibətləri zədələyir” .
Xatırladaq ki, sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Fransa və Böyük Britaniya istehsalı olan “PGM Mini-Hecate” və “Arctic Warfare .338 LM” snayper tüfənglərdən istifadə etməsinin əks etdirən məlumatlar yer alıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı