Azərbaycan İdeyası

Qarabağa sürgün planı: Suriya erməniləri Azərbaycan torpağında

Tarix:22-10-2015, 13:38
Baxış Sayı:387

Suriyada müharibə genişləndikcə bu ölkədəki ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərinə köçürülməsi problemi aktual olaraq qalır.
"Korrupsiya və Qanun" qəzetinə istinadən Publika.az xəbər verir ki, BMT-nin qaçqınlarla iş üzrə agentliyinin hesabatında Suriyada 3238 erməninin rəsmi qaçqın olduğu, 12450 erməninin isə qaçqın vəziyyətinə yaxın olduğu deyilir. Ermənistan prezidenti Serj Sarkisyan BMT-nin Baş məclisində çıxışı zamanı son illər ərzində Suriyadan 16 min qaçqın qəbul etdiyini deyib.
Britaniyanın “Open Democracy” saytı yazır ki, Ermənistana gələn Suriya erməniləri ya bu ölkənin vətəndaşlığını almaq, ya da 10 illik yaşamaq icazəsi əldə etməyə çalışırlar. Məlumatlara görə, Suriyada vətəndaş müharibəsi başlayana qədər bu ölkədə etnik ermənilərin sayı 80-100 minə qədər idi. Münaqişə başlayandan sonra onlar ölkəni tərk etməyə başladılar. Lakin hamısı Ermənistana üz tutmadı. Hazırda təxminən 15 min erməni Livanda, 2 min erməni İordaniyada, 8 mini Qərbi Avropa və ABŞ-dadır. Suriyadan qaçan erməni Arok Ekmanyan deyir ki, qaçqınların Ermənistana getmək istəməməsinin iki səbəbi var. Yolun uzaqlığı və bu ölkədə həyat səviyyəsinin aşağı olması. Belə ki, Suriyadan Ermənistana ən yaxın yol Türkiyədədir. Lakin Türkiyə ilə Ermənistan sərhədləri bağlı olduğu üçün onlar Gürcüstana gedərək oradan sərhədi keçə bilərlər. Bunun üçün çox pul lazımdır. Ona görə də kimdə pul varsa, aviabilet alaraq Livana gedir, oradan İrəvana uçur. Lakin Livana gedən əksər Suriya ermənisi bu ölkədə qalmağı seçirlər. Çünki Suriyada varlı həyata öyrəşmiş bu insanlar üçün yoxsul Ermənistanda çox çətin olur.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens

Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur