Azərbaycan İdeyası

AzTV rəhbərinin avtomobili cərimə meydançasına aparıldı – YENİLƏNİB

Tarix:27-09-2017, 12:26
Baxış Sayı:354

 AzTV rəhbərinin avtomobili cərimə meydançasına aparıldı – YENİLƏNİB


“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova AzTV-nin sədri Arif Alışanovun avtomobilinin cərimə meydançasına aparılması xəbərinə münasibət bildirib.
Korrupsiya və Qanun saytı xəbər verir ki, X.Qasımova Report-un sorğusuna cavab olaraq onlarda belə məlumatın olmadığını deyib: “Bu xəbər düzgün deyil”.

10:45

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Arif Alışanovun avtomobili cərimə meydançasına aparılıb.
Korrupsiya-q.az Report-a istinadən xəbər verir ki, buna səbəb avtomobilin ödənilməmiş cərimələrinin olmasıdır.
Belə ki, A.Alışanova məxsus 99-AA-400 dövlət qeydiyyat nişanlı "Toyota Land Cruiser" markalı avtomobil barəsində elektron qaydada tərtib olunmuş protokollar üzrə 7 200 manatlıq ödənilməyən cərimə olduğu üçün yol polisi əməkdaşları tərəfindən saxlanılaraq, cərimə meydançasına aparılıb.
Məlumata görə, avtomobil cərimə meydançasından çıxarılıb və hazırda A.Alışanovdadır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı