Azərbaycan İdeyası

İşdən çıxarılacaq icra başçılarının siyahısı hazırlanıb

Tarix:25-10-2013, 11:39
Baxış Sayı:0

Bir sıra rayonların icra başçılarının işdən çıxarılması gözlənilir.


Qafqazinfo xəbər verir ki, Redaksiyamıza daxil olan məlumatlara görə, bu oktyabrın 9-da keçirilən prezident seçkisi ilə bağlıdır. Hələ seçkidən əvvəl yazmışdıq ki, hakimiyyət ölkəni risk qruplarına bölüb. İqtidarın daha çox narahat olduğu rayonların icra başçılarının qarşısına seçki ilə bağlı mühüm vəzifələr qoyulub.

Lakin seçkinin bu qədər rüsvayçılıqla keçməsindən görünür ki, həmin icra başçıları vəzifələrinin öhdəsindən gələ bilməyiblər. Bundan hiddətlənən “yuxarılar” da onları cəzalandırmağı qərara alıb.

“Yeni Müsavat” qəzeti də məlumat yayıb ki, iqtidarın siyasi rəhbərliyi bir neçə rayonda seçkilərin təşkilindən və seçici fəallığının aşağı olmasından, eləcə də seçkiləri müşahidə edən xaricilərə “lazımsız əsaslar və faktlar verilməsindən” ciddi narazı qalıb. Rəhbərlik bu nəticələrə görə günahı birbaşa həmin rayonların icra başçılarında görür.

Xüsusən həmin rayonlarda seçici fəallığının aşağı olması yerlərdə əhalinin rayon rəhbərlərindən narazılıqlarının ümumilikdə hakimiyyətə münasibəti kimi qəbul edilir.

Məlumatlara görə, bütün bunlarla bağlı rayon rəhbərlərinə ciddi xəbərdarlıq edilib və həmin rayonlarda gözləntilərin doğrulmaması birbaşa icra başçılarının yarıtmazlığı, işlərini düzgün qura bilməmələri və əhali ilə işləməyin yolunu tapmamasının nəticəsi kimi qiymətləndirilib. Xəbərdə o da deyilir ki, seçici fəallığının çox aşağı olduğu və hakimiyyətin daha yüksək nəticə gözlədiyi, lakin reallığın bu gözləntilərdən kəskin fərqləndiyi rayonların siyahısı müəyyənləşdirilib. Bu siyahıda adları olan rayonların icra başçılarından ciddi hesab sorulacağı və onların cəzalandırılacağı qaçılmazdı. Məlumatlarda o da bildirilir ki, yaxın günlərdə Prezident Administrasiyasında icra başçılarının iştirakı ilə toplantı keçiriləcək. /azadliq.info/

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı