Azərbaycan İdeyası

Bakının 15 faizi burdan SU İÇİR! - FOTOLAR

Tarix:11-07-2019, 18:00
Baxış Sayı:149

KORRUPSİYA-Q.AZ
1893-cü ilə qədər Bakı şəhərinin su ilə təminatında quyu suyundan kütləvi istifadə dövrü kimi yadda qalıb. Bu tarixdən sonra sənayenin inkişafı və əhalinin Bakıya axını bu regiona yeni su kəmərlərinin çəkilişini zəruri edib. Zərurətdən qurulan layihələrdən biri də Kür Su Kəmərləri Sistemidir. Bu sistem qurulana kimi, Xaçmaz və Ceyranbatandan Bakıya gətirilən suyun əhalinin və sənayenin tələbatını ödəmirdi. Kür Su Kəmərləri Sistemi qurulduqdan sonra Bakının daha 15 faizi su ilə təmin olundu. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın su sektorunda şah əsəri sayılan Kür sutəmizləyici qurğular kompleksi bu gün də ölkə əhalisinin içməli suya olan tələbatının ödənilməsində mühüm rol oynayır.

Unikal.org xəbər verir ki, məhz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə, ölkənin aparıcı kütləvi informasiya vasitələri nümayəndələrinin Hacıqabul rayonunun Kiçik Talış kəndində yerləşən Kür su təmizləyici qurğular kompleksinə səfəri təşkil olunub. Səfərdə “Unikal”ın əməkdaşı da iştirak edib.

Öncə jurnalistlərə Kür Su Kəmərləri Sisteminin tarixi və əhəmiyyəti barədə “Azərsu” ASC-nin sədrinin müşaviri, əməkdar mühəndis, bu layihənin həyata keçirilməsində əməyi olan Telman Ağayev məlumat verib: "Ərazisi 150 hektardan çox olan Kür su təmizləyici qurğular kompleksi 2003-cü ilə kimi, ilanların “qaynaşdığı” yer olub. Hazırda bu kompleksdə 50 minə yaxın müxtəlif növ meyvə ağacları da salınıb. Burada ilin bütün mövsümlərinə uyğun meyvə ağacları var.

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama