Azərbaycan İdeyası

Bədbinlikdən uzaq olun - Günün qoroskopu

Tarix:12-07-2019, 11:45
Baxış Sayı:146

Qoç - sizi maraqlandıran sahədə irəliləyişə nail olmaq üçün ciddi səy göstərməyiniz gərəkdir. Strateq olun, məntiqli taktika qurun. Ani hisslərin əsiri olmayın, eyni zamanda "qlobal hədəf"lərə də aludə olmayın.

Genişmiqyaslı layihələrə başlamaq olar.

Günün ikinci yarısında şəxsi münasibətlərdə problemlər yaratmayın. Arqumentlərdən istifadə edin, əməllərinizə nəzarəti əldən verməyin. Qarşılıqlı güzəştlərə zərurət duyulur.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Buğa - fəaliyyət sahənizdə təkmilləşmək və irəliləmək üçün potensial var. Gündəlik qayğıların çözülməsinə yaradıcı yanaşsanız, yaxşı nəticələr əldə edəcəksiniz. Kreativlik və müstəqil təfəkkürlə bahəm, intizama meylli olun.

Günün ilk yarısında başladığınız işləri başa vurmağa çalışın.

Günün ikinci yarısında yeni işlərə başlamayın. Genişmiqyaslı fəaliyyət və ya layihə problemlər vəd edir. Həmkarlar, müştərilərlə təmaslarınız aktiv olacaq. Yazışmalarda passivlik etməyin.

Səhhətinizin qeydinə qalın.

Əkizlər - mənasız illüziyalar və səbəbsiz nikbinlikdən uzaq olun. Situasiyanı olduğu kimi qəbul etsəniz, seçim asanlaşacaq. Məqsədə çatmaq üçün inadla çalışın.

Əhvalınızın dəyişməsi istisna deyil. İstəklərinizdəki qeyri-müəyyənlik əməllərinizə fəsadlı təsir etməməlidir.

Günün ikinci yarısında yanlış yolu seçməyin. Diqqətli olun. Yeni layihənin müsbət və mənfi tərəflərini diqqətlə hesablayın. Maddi rifah səviyyənizi yüksəltmək üçün zəruri addımlar atın.

Axşam saatlarını evdə keçirin.

Xərçəng - çoxdan bəri məşğul olduğunuz işin bəhrəsini görəcəksiniz. Əhvalınız pis olmayacaq. Dayanıqlı hisslərə can atırsınızsa, emosional olmayın. Hisslərinizə nəzarət edin.

Günün ikinci yarısında yeni əlaqələrin yaradılması və təmasların qurulması xeyli vaxtınızı alacaq. Buna rəğmən istədiyiniz nəticəni əldə etməyəcəksiniz. Axşam saatlarında ifrat yorğunluq və ya orqanizminizdə qəfil ağrının yaranması istisna deyil.

Problem varsa, mütləq həkimə baş çəkin.

Şir - mövcud durumdakı prioritetləri dürüst müəyyənləşdirin. Tələbat və zərurət ierarxiyasını normal bəlirləsəniz, seçdiyiniz istiqamətdəki addımlarınız uğurlu olacaq. Yanlış yönlərə sapmayın.

Günün ikinci yarısında maliyyə, nəqliyyat və informasiya məsələlərinin tənzimlənməsi ilə məşğul olun. Laqeyd, hadisələrdən təcrid olunmuş insan təsiri bağışlamayın. Alış-verişdə pul xərcləyərkən maliyyə vəsaitinizin qədrini bilin. Əks təqdirdə əsla ehtiyac duymadığınız əşyaları satın ala bilərsiniz.

Dəyər verdiyiniz insanı xoş sözlərlə sevindirin.

Qız - istirahət və əyləncə planlarını təxirə salın. Qarşıda həllini gözləyən problemlər var. Mühüm sənədləri qaydaya salın. Zəruri danışıqları ertələməyin. Biznes tərəfdaşları ilə ünsiyyətlər pis alınmayacaq.

Yaşanan olaylarla bağlı məlumatlarınızı günün ikinci yarısında artırın. Vurnuxmalara qatılmayın. Tələskənliyə yol verməyin. Biliklərinizi artırın. Situasiyanın təfərrüatlarından hali olun. Peşəkar fəaliyyət müstəvisindəki mövqelərinizi daha səbatlı edin.

Yarımçıq iş qoymayın.

Tərəzi - yaradıcılıq, innovasiyalar üçün faydalı zamandır. Maraqlarınızı təmin edəcək işlərlə məşğul olun. Problemlərin həllində yeni variantlardan istifadə edin. Kreativ olun, sınanmış metodları bütün dərdlərə çarə saymayın. Tərəfdaşlarla birlikdə yaxın gələcəyə hesablanmış perspektiv plan çərçivəsində hərəkət etsəniz, işləriniz daha yaxşı alınar.

Günün ikinci yarısında şərtlərə əməl edin. Ailə üzvlərinin istəklərini və tələblərini nəzərə alın. Daşınmaz əmlak, təmir, inşaatla bağlı işlərdə maliyyə imkanlarınızı dəqiq hesablayın.

Əqrəb - işgüzar tərəfdaşlığın effektiv olması üçün əlinizdən gələni edin. Tərəfdaşlarınızla münasibətlərinizdə həll olunmamış məsələlər varsa, diqqətli və sayıq olun. Şəriklərlə tərəfdaşlar ciddi ziyan çəkməmiş situasiyanı aydınlaşdırmağa çalışın.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan birinin rəğbətini qazanmaq istəyirsinizsə, az danışıb çox iş görün. Hisslərinizin izharı yalnız praktikada mümkündür. Sözlər isə unudulacaq.

Axşam saatlarında gəzintiyə çıxın.


Oxatan - işgüzar təmaslara və danışıqlara xüsusi fikir verin. Emosiyalara uymayın. Diqqətli olun, qarışıq situasiyalarla sayıq davranın. Qarşı tərəfin nə istədiyini müəyyənləşdirməmiş aktiv addımlar atmayın.

Günün ikinci yarısında "oyun qaydaları"nı pozmayın. Ayıq olun. Sizi aldatmağa, tora salmağa çalışacaqlar. Önəmli sənədləri imzalamağa tələsməyin. Pulunuzun qədrini bilin. Şəxsi münasibətlərdə əlahiddə uğur gözləməyin.

Oğlaq - bilik və bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməyin. Məqsədə doğru qətiyyətlə irəliləyin. Aktiv olun, süstlüyə qapılmayın. Ətalət inkişafın düşmənidir. İntellektual və fiziki işi növbələşdirin.

Günün ikinci yarısında inadkar, əzmkar olsanız, ciddi irəliləyiş istisna deyil. Yeni fəaliyyət sahəsində özünüzü sınamaq istəyirsinizsə, riskli addımlar atmayın.

Qərarlarınız düşünülmüş, davranışınız təmkinli olmalıdır.

Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.

Dolça - günün ilk yarısından etibarən faydalı məlumatlar, fəaliyyət prosesində gərəkli informasiyalar əldə etməyə çalışın. Mürəkkəb problemin çox sadə və asan həlli var. Ciddi əməliyyata başlamazdan əvvəl bütün şərtlərlə tanış olun.

Günün ikinci yarısında işlərin çoxluğu sevdiyiniz insana qarşı diqqətsizliyə və laqeydliyə səbəb olmamalıdır. Çətin dövrün müvəqqəti olduğunu ona anladın.

Axşam saatlarını istirahətə həsr edin.

Balıqlar - günün ilk yarısında işgüzar görüşlər və müzakirələr yaxşı nəticələr verəcək. İstənilən dialoqda yalnız yoxlanılmış informasiyadan istifadə edin. Bələd olmadığınız məsələlərlə bağlı danışmayın. Konkret rəqəmlər, faktlar və müddətləri müəyyənləşdirin.

Günün ikinci yarısında tənbəllik etməyin. İllüziyalara qapılmayın, arzuların əsirinə çevrilməyin. Daha fəal tərəfdaşların intensiv iş rejiminə uyğunlaşın. İşdə həmkarlarınızı üstələməyə can atın.

OXŞAR XƏBƏRLƏR
Bu gün cənab prezident İlham Əliyevin doğum günüdür!+FOTO!
Bu gün cənab prezident İlham Əliyevin doğum günüdür!+FOTO!
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası