Azərbaycan İdeyası

Polislərdən gedişhaqqı alınsın! - "Baku Bus"dan göstəriş

Tarix:11-11-2015, 16:10
Baxış Sayı:348

"Baku Bus" avtobuslarının sürücülərinə göstəriş verilib ki, mülki geyimdə olan polis əməkdaşlarından da gedişhaqqı tələb etsinlər.
"Korrupsiya və Qanun" qəzetinə istinadən Milli.Az xəbər verir ki, bunu avtosfer.az-a şirkətin ictimaiyyətlə əlaqəlar şöbəsinin rəhbəri Nuridə Məmmədova deyib.
O bildirib ki, əgər polis əməkdaşı, həqiqətən də, gizli xidmətlə əlaqədar olaraq mülki geyimdədirsə, bu zaman sürücüyə və avtobusdakı sərnişinlərə öz vəsiqəsini nümayiş etdirməsi düzgün deyil: "Mən belə düşünürəm ki, bu düzgün deyil. Bəli, biz avtobus sürücülərinə göstəriş vermişik ki, mülki geyimdə olan polis əməkdaşlarından gedişhaqqını ödəməyi tələb etsinlər. Amma polis formasında olanlardan heç nə tələb olunmur. Onlar vəsiqə göstərməsə də, güzəşt edilir".
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə bildirib ki, "Polis haqqında" qanununun 38-ci maddəsinin 4-cu bəndinə görə, xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları Azərbaycan Respublikasının ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksi və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər: "Bu zaman onların formada olub-olmaması heç bir əhəmiyyət daşımır. Qanunvericilikdə forma ilə bağlı hər hansı məsələ yoxdur. Əgər mülki geyimdə olan polis əməkdaşı xidməti vəsiqəsini göstərib avtobusdan pulsuz istifadə edirsə, bu, artıq kifayət edir. Bu zaman ondan formada olmağı tələb etmək doğru deyil və sürücülərin belə bir ixtiyarı da yoxdur"

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı