Azərbaycan İdeyası

Xərçəngdən qoruyan 7 qida - SİYAHI

Tarix:20-07-2019, 13:45
Baxış Sayı:206

KORRUPSİYA-Q.AZ
Dövrün bəlası xərçəng xəstəliyinə tutulmamaq üçün qidalanmaya diqqət etməliyik. Bütün dünyada ürək-damar problemlərindən sonra ölüm riskinin ən yüksək olduğu xəstəlik məhz xərçəngdir. Ümumdünya Səhiyyə Təşkilatının apardığı xərçəng üzrə araşdırmaya görə, ötən il dünyada 18 milyon insana xərçəng diaqnozu qoyulub. 9,5 milyondan çox adam isə xərçəngin qurbanı olub. Bəs bu bəladan qorunmaq üşün qidalanmamıza necə fikir verək?

Unikal.org medicina.az-a istinadən bunun üçün maraqlı siyahını təqdim edir.

Xərçəngdə genetik təsirlər 3-10 faiz nisbətindədir. Lakin 90-95 faiz ətrafdan gələn faktorlarla bağlıdır. Bunun da 30 faizini qidalanma tutur. Buna görə də düzgün qidalanma ilə 30 faiz xərçəngdən qoruna bilərsiniz. Sağlam qidalanma, 30 dəqiqə normal tempdə yürüyüş, ideal çəki balansını qorumaqla 3 vacib qaydaya əməl emək zəruridir. Bu qaydalara riayyət etdikdən sonra faiz nisbəti 40 faizə yüksəlir.

1. MÜXTƏLİF NÖV MEYVƏ, TƏRƏVƏZ QƏBUL EDİN.

Aparılan araşdımaların nəticəsinə görə, meyvə tərəvəz yeməyi vərdiş etmək, heç yeməyənlərə nisbətən xərçəng riskini 10 qat azaldır. Rəngarəng meyvə tərəvəz yeyin. Çünkü nə qədər fərqli rənglərdə tərəvəz və meyvə qəbul etsəniz, o qədər anti-oksidant çox olar.Qadınlar gündə 2-3, kişilər isə 3-4 porsiya meyvə qəbul etməlidir. Səbzələr həm vitamin qaynağıdır. Gün ərzində 2-3 kasa, 6-8 yemək qaşığı zeytun yağı ilə çiy tərəvəz yemək vərişi yaradın. Lakin mövsümə uyğun olmasına diqqət edin.

2. TAXIL VƏ PAXLALI BİTKİLƏRİNİ YADDAN ÇIXARTMAYIN

Karbohidratları həyatımızdan tamamilə çıxartmaq düzgün deyil. Lakin keyfiyyətli vasitələrə üstünlük verin. Taxıllar B1 vitamini qaynağıdır. Bu da orqanizmin enerji sisteminin işləməsinə təkan verir. Depressiya və bir çox xəstəliklərin qarşısını alır. Ona görə də buğda, yulaf, bulqur və s. taxıl bitkilərindən istifadə edin. Həftədə iki gün mərci yeməyə çalışın, noxud, lobya da həmçinin.

3. HƏFTƏDƏ 2-3 GÜN BALIQ

Aparılana araşdırmalara görə, insan sağlamlığı üçün balıq olduqca faydalıdır. Omega 3 xərçəng riskini minimuma endirir. Ona görə də həftədə 2-3 dəfə buğlama ve ya sobada bişirilmiş balıq yeyin.

4. QIRMIZI ƏT İSTİFADƏSİNİ SƏRHƏDLƏYİN

Həddindən çox qırmızı ət yemək mədə və bağırsaq xərçəng riskini artırır. Buna görə də gündə 350 qramı keçmək lazımdır.

Əti bişirəndə qovurma və qızartma əvəzinə buğlama etməyə üstünlük verin. Ümümdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, gün ərzində 50 qram emal olunmuş ət və ət məhsulları xərçəng riskini 18 faiz artırır. Ona görə də bu vərdişinizdən əl çəkin.

5.ŞƏKƏRDƏN UZAQ DURUN

Həddindən çox şəkər istifadəsi bədənin enerjisini alır. İnsulin səviyyəsini yüksəldir, yağ toxumalarını artırır. Bu da xərçəng riskini çoxaldır. Bu səbəbdən şəkərdən aldığınız gündəlik enerji dəyəri cəmi 5 faizi keçməməlidir. Misal üçün, gündə 2000 kalori qəbul etsəniz, bunun 100 kaloridən çoxu şəkərdən gəlməməlidir.

6. PROBİOTİKLƏRİ UNUTMAYIN

İnsan orqanizminə müvafiq miqdarda daxil edildikdə onun sağlamlığına fayda verən "canlı mikroorqanizmlər". Normal bağırsaq florasını təşkil edən və patogen olmayan qram-pozitiv və qram-neqativ bakteriyalar, habelə göbələklər probiotiklərə aid edilir. Probiotiklər gidaya əlavə hesab edilir və ümumiyyətlə, təhlükəsiz hesab olunur. Lakin probiotiklər dərman olmadığından onların istehsalı və istifadəsinə nəzarət fərqlidir. Bu səbəbdən də həkimlər probiotiklərin istifadəsində ehtiyatlı olmalıdır. Probiotik orqanizmlər əsasən fermentasiya olunmuş qida məhsullarında (məs., qatıq, xama, yoqurt və s.) rast gəlinən bakteriyalarla eynidir. Digər probiotik preparatlarda olan orqanizmlər bağırsaqda rast gəlinən bakteriyalarla eynidir. Gündə bir stəkan qatıq və yogurt, kefir istifadə etməyi vərdiş halına salın.

7. DOYMAMIŞ YAĞ TURŞULARI

Tərkibində doymamış yağ turşuları olan qidalar xərçəng riskini azaldır. Bunun üçün kətan toxumu, fındıq, soya, lobya, qoz və s. qidaları menyunuzdan əksik etməyin.

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq