Azərbaycan İdeyası

“Hesab edirəm ki, direktor buna görə kifayət qədər ciddi cəza almalıydı...”

Tarix:25-10-2019, 16:00
Baxış Sayı:149


KORRUPSİYA-Q.AZ
“Əsas müzakirələrə səbəb olan məsələ vaxtında Elinaya ilkin tibbi yardımın göstərilməməsidir”
Bunu Moderator.az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Elinanın ölümünə görə məhkəmə tərəfindən cəzalandırılan direktor Sevinc Abbasova haqda danışarkən deyib.

M.Zeynalova direktora verilən cəzanın yüngül olduğunu bildirib:

“Təbii ki, bu hadisə bütün cəmiyyətin diqqət mərkəzində idi və ədalət məhkəməsinin qərarının bu formada olması birmənalı qarşılanmadı. Əksəriyyət bu məsələdə hesab edir ki, ədalət bərpa olunmalıdır. Əsas müzakirələrə səbəb olan məsələ vaxtında Elinaya ilkin tibbi yardımın göstərilməməsi idi. Yəni intihar hadisəsi bu və ya digər şəkildə ola bilərdi, amma vaxtında tibbi yardımın göstərilməməsi, buna biganə qalınması və məhkəmənin bunu nəzərə almaması təbii ki, hamı kimi, məni də narahat edir. Sabah belə bir fikir yaranacaq ki, istənilən halda cəzadan yaxa qurtarıldı və yaxud uşaqların taleyinə belə biganə qalındı. Bu birmənalı şəkildə uşaqlara qarşı olan zorakılığın cəzasız qalmasıdır. Hadisə məktəb çərçivəsində olub, vaxtında yardım göstərilməyib və hesab edirəm ki, direktor buna görə kifayət qədər ciddi cəza almalıydı”.

Qeyd edək ki, məhkəmənin qərarıyla S.Abbasova 2 il 2 ay 14 gün müddətində azadlığın məhdudlaşdırılması və mülki idiaya görə isə 18 min manat tutularaq Elinanın anasında ödənilməsinə qərar verilib

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda polkovnik qəfil öldü
Azərbaycanda polkovnik qəfil öldü
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
Bakıda futbol meydançasında meyit tapıldı
Bakıda futbol meydançasında meyit tapıldı
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Misirdə güclü zəlzələ baş verib
Misirdə güclü zəlzələ baş verib