Azərbaycan İdeyası

KOR TUTDUĞUNU BURAXAR, POLIS YOX, HƏRGAH TUTMAĞA MARAĞI OLSA!

Tarix:25-02-2020, 09:55
Baxış Sayı:194

Saleh peyğəmbərin əhvalatında deyildiyi kimi, pis əməlləri törədənlərlə həmin əməlləri görüb susanlar Allahın qarşısında eyni cəzaya malikdirlər. Cinayətkarları cəzalandırmalı olan dövlət strukturlarından biri polisdir. Azərbaycanda cinayətkarlığın ən geniş yayılmış növlərindən biri də oğurluqdur. Hər gün haradasa oğurluq baş verir. Oğurluq faktı qeydə alınsa da, çox vaxt oğrunun tutulması yubanır, yaxud da baş tutmur. Əksər hallarda adıbəlli oğruları tutub bir neçə faktı onların üzərinə yıxırlar, hesabat xatirinə. Malı oğurlananın isə əlinə heç nə gəlmir.
Haqlı sual ortaya çıxır: Polisin vəzifəsi oğrunu tutmaqdırsa, bəs polis niyə öz vəzifəsini yerinə yetirmir? Bəlkə polisdə işləyənlər savadsız, qeyri-peşəkar adamlardır? Yaxud, polislər cinayətkarlardan pul alıb cinayəti ört-basdır edirlər? Əslində bunların hər ikisi var.
Yeni 2020-ci il Tovuz rayonunun Böyük Qışlaq kəndində qeydiyyatda olan və hazırda Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, döngə - 5 ünvanda yaşayan Rzayeva Yaqutxanım Məhəmməd qızı üçün bəd gəlib. Belə ki, yanvar ayının 10-da ona məxsus evdən oğurluq olub. Paytaxtın Nəsimi rayonunda “3-cü mikrorayon dairəsi” deyilən ərazidə yerləşən “Soliton” mağazasından 3500 (üç min beş yüz) manata kreditlə aldığı “LC” markalı televizor göstərilən tarixdə onun mənzilindən aparılıb. Yazır ki, oğurluq faktı ona bəlli olan kimi “102” xidmətini məlumatlandırıb. Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə gələrək onun ərizəsini və izahatını alıblar.
Y.Rzayeva bildirir ki, bu oğurluqla əlaqədar Nəsimi polisi üç nəfəri həbs edib. Bu məlumatı ona “Təzə Bazar” ticarət mərkəzində sahə müvəkkili işləyən Xanlar adlı vəzifəli şəxs verib və deyib ki, həmin tutulan oğlanlardan biri ona televizorun Şəfa adlı adam tərəfindən aparıldığını söyləyib. Polis sahə inspektoru həmçinin məsləhət görüb ki, Binəqədi polisinə müraciət etsin.
Yaqutxanım bu məlumatı öyrənən kimi Binəqədi RPİ-nin 6 saylı PB-nə üz tutub, haqqında eşitdiyi Şəfanı da tanıyıb – Şəfa ondan pendir, lavaş, qaymaq, şor alıb restoranlara paylayan adamdı. Zərərçəkən onun adını eşidən kimi polisi məlumatlandırıb. Polis Şəfanı da saxlayıb, lakin iki gündən sonra buraxıb.
Y.Rzayeva onu da qeyd edir ki, bir aydır sürən get-gəldə qaldığı zaman eşidib ki, oğru televizoru “Sədərək” ticarət mərkəzindəki bir mağazaya 400 (dörd yüz) manata satıb. Onun sözlərinə görə, bu məlumatı ona Binəqədi RPİ-nin müstəntiqi Ramiz Axundov deyib. Şikayətçi qeyd edir ki, müstəntiq ona mağazada araşdırma aparıldığını və mağazaçının da malı 700 (yeddi yüz) manata başqa müştəriyə satdığının ortaya çıxdığını söyləyib: “Müstəntiq bu sözləri mənə deyəndən sonra mən soruşdum ki, bəs niyə oğrunu buraxmısınız. Cavab olaraq mənə bildirdi ki, get sahə müvəkkilinin yanına, səni aparacaq televizor hardadır ordan alıb verəcək. Mən getdim sahə müvəkkili Alqayıtın yanına, o isə dedi ki, müstəntiq yalan danışır, get, özü tapsın. Mən çox əsəbləşdim. Dedim ki, bu məsələni ictimailəşdirəcəm. Alqayıt mənə gülümsəyərək bildirdi ki, hara istəyirsənsə şikayət elə”.
Oğrunun işi öz yerində, amma malın oğurluq olduğunu bilə-bilə onu alıb-satan dükan sahibinin işi deyəsən daha ağır olub. Onu ört-basdır etmək üçün polisin əl-ayağına düşməsinə dəyər. Elə polisə də belələri lazımdır, daha yuxarılara şikayət edəcəyini deyənlər yox. Kor tutduğunu buraxar, amma polis öz marağı ödənilməsə, buraxmaz. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb