Azərbaycan İdeyası

"Adi vətəndaşa ziyan dəymiş - itə dəymiş, Neftçala polisinin gözündə eynidir"

Tarix:14-12-2018, 12:49
Baxış Sayı:253



Rəis malı oğurlanan şikayətçini şərləyəcəyi ilə hədələyib?

Müşahidələr göstərir ki, bəzi polis strukturları nəzarət etməli olduqları ərazidə kriminogen durum gərginləşəndə, öz nüfuzlarına xələl gətirən statistika qabarmasın deyə qanunsuzluqlara məruz qalan vətəndaşları razı salmağa çalışırlar ki, şikayətlərini geri götürsünlər. Razılaşmayanlara başqa yolla təsir göstərməkdən də çəkinmirlər. Ona görə də bir çox hallarda heç oğurluq faktları qeydə alınmır, ya da işlərə tez xitam verilir. Polisin nəzarətsizliyindən ürəklənən oğrular sabah aşkar soyğunçuluğa əl ata, hətta potensial qatilə çevrilə bilərlər.
Neftçala rayonu Xəzər kənd sakini Əzizova Gülzar Simon qızı ölkə başçısına, birinci vitse-prezidentə, baş prokurora, Daxili İşlər Nazirinə, Parlamentin Spikerinə, Ombudsmana və başqa yüksək mənsəb sahiblərinə yazdığı şikayət ərizəsinin bir surətini də redaksiyamıza göndərib.
Vətəndaş G.Əzizova yazır ki, heyvanlarının oğurlanması barədə polisə şikayət etməsi ilə əlaqədar 23.08.2018-ci il tarixdə saat 13:00 radələrində Neftçala rayon Polis Şöbəsinə dəvət olunub: "Çox sevindim ki, yəqin heyvanlarım, ya da mənə dəyən zərəri qaytararlar. Amma təhqirlərlə rastlaşdım. Mənimlə birgə Polis Şöbəsinə gedən oğlumun əl-qolunu qandalladılar, yalandan dedilər ki, sən cənab naziri təhqir eləmisən, sənin üstünə bir kilo narkotik atıb və silah qoyub səni 15 illik həbs etdirərik. Üstəlik, rəis məni də söydü, dedi ki, sən erməniyə işləyən əxlaqsız qadınsan. Bir də belə ərizə yazacağın təqdirdə sənin həyətinə narkotik vasitələr tökdürüb səni və ailəni tutduracağam, "küçüyünü" də (yəni, övladımı) yanından oğurlatdırıb tikə-tikə doğratdırıb elə yerdə basdıracağam ki, heç kim bilməyəcək, izinə də elə itirəcəyəm, heç kimin xəbəri olmayacaq. Yanındakı bir qrup polislər də hamısı onun tərəfini tuturdu".
Vətəndaş G.Əzizova öz ərizəsində ölkə başçısına xitab edir: "Cənab Prezident, oğrular və oğru başçıları azadlıqda gəzir, mən isə qorxu içərisində yaşayıram. Sentyabrın 8-də isə şöbənin qarşısında rəis müavini Sultanovla söhbətimizdə o bildirdi ki, oğruların və oğru başçılarının kimliyini bilirik. Onlar təkcə sənin yox, Xəzər kəndinin camaatının çoxlu camışını oğurlayırlar".
Şikayətçi ortaya haqlı sual qoyur: "Bəs bunlar oğruları bilə-bilə niyə cəzalandırmır, istintaqa cəlb etmirlər? Əmrahov Sadiq qabaqcadan məni xəbərdar etmişdi ki, sən düz olsan belə şöbə əməkdaşları mənim tərəfimi tutacaqlar. Çünki polis polisin tərəfini tutur, adi insanın tərəfini tutmur. Adi insana ziyan dəymiş - itə dəymiş, eyni götürülür polisin gözündə".
G.Əzizova özünü və ailəsini gözləyən təhlükə barədə xəbərdarlıq yayıb: "Neftçala rayon Polis Şöbəsində özbaşınalıq, hegemonluq, polis adına yaraşmayan hərəkətlər, ölüm və narkotiklə hədə-qorxular hökm sürür. Mən bununla yazıb xəbərdar edirəm ki, əgər gələcəkdə bizi hansısa narkotik vasitə ilə şərləsələr, bilin ki, bu barədə qabaqcadan məlumat vermişdim. 2009-cu ildən bu yana mənim çoxlu heyvanlarımı oğurlayıblar. Sizdən xahiş edirəm, mənə dəymiş ziyan ödənilsin, heyvanlarım özümə qaytarılsın".
G.Əzizovanın probleminin çözülməməsinin yalnız iki səbəbi ola bilər - ya Neftçala polisi oğrular qarşısında acizdir, ya da onlarla əlbirdir. Neftçala polisinin bir mühüm problemi də sıravi polis işçilərinin uyğunsuz davranışa cəlb olunmasıdır. Yəni, polis rəisi əmindir ki, əmr etsə, Şöbənin əməkdaşları günahsız adamın cibinə narkotik, silah qoyub şərləməyə hazırdırlar.

OXŞAR XƏBƏRLƏR
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
“Manato” Azad Şuşanı işğal edir
“Manato” Azad Şuşanı işğal edir
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirilib
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirilib
Möhtəşəm qayıdış
Möhtəşəm qayıdış
Məhkəmə Hüquq Şurasında bir qrup hakimlərin Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri kimlər tərəfindən və necə illərlə gizlədilir?!
Məhkəmə Hüquq Şurasında bir qrup hakimlərin Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri kimlər tərəfindən və necə illərlə gizlədilir?!
Hakimlər Elsaldarla cinayət əlaqəsinə girərək, baş redaktor Xuraman Əhliman qızı Quliyevanın mənzilinə mülkiyyət hüququnu oğurluq yolla necə mənimsəmişlər?!
Hakimlər Elsaldarla cinayət əlaqəsinə girərək, baş redaktor Xuraman Əhliman qızı Quliyevanın  mənzilinə mülkiyyət hüququnu oğurluq yolla necə mənimsəmişlər?!
...Ola bilər ki, özü də nəfsi itinin biridir!
...Ola bilər ki, özü də nəfsi itinin biridir!